ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıda səfərdədir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, o, ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı danışıqlar aparmaq üçün səfər edib.
“ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmaq üçün Bakıda səfərdə olan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prioru salamlamaqdan məmnunuq”, səfir Libby bildirib.
Səfər proqramı barədə təfərrüatlı məlumat verilmir.
Forum