Accessibility links

Harrisin Kaliforniyadakı iş təcrübəsinin onun seçki kampaniyasına təsiri


Harrisin Kaliforniyadakı iş təcrübəsinin onun seçki kampaniyasına təsiri
please wait

No media source currently available

0:00 0:03:10 0:00

ABŞ Prezidentliyinə namizəd Kamala Harris Amerikanın siyasi baxımdan ən liberal ştatlarından birindəndir – Kaliforniyadan. Onun yerli ittihamçı, ştatın baş prokuroru və ABŞ Senatoru kimi iş təcrübəsi Harrisin prezidentlik kampaniyasında mərkəzi rol oynayır. Onun rəqibi Donald Tramp deyir ki, Harrisin Kaliforniyadakı gördüyü işlər onun Amerikanın geri qalan hissəsi üçün çox liberal olduğunu göstərir.

Kaliforniya Demokratları partiyalarının qurultrayında səslərini öz yerlilərindən birinə verdi.

“Kaliforniya, biz 482 səsimizi fəxrlə növbəti prezident Kamala Harrisə verdik,” Kaliforniya qubernatoru Qavin Nyusom dedi.

Harris deyir ki, onun Kaliforniyadakı iş təcrübəsi onun ümumi narahatlıqlarla bağlı hərəkətə keçdiyini göstərir.

“Mən Kaliforniyanın Okland şəhərində gənc ittihamçı ikən qadın və uşaqları onları istismar edənlərə qarşı qorudum. Kaliforniyanın baş prokuroru olaraq, mən böyük bankalara qarşı mübarizə apardım. Mən kredit borclarını ödəyə bilmədikləri üçün evlərinin əllərindən alınması riski ilə üzləşən orta sinif ailələrinə 20 milyard dolların verilməsini təmin etdim ”

Onun Respublikaçı rəqibi Donald Tramp deyir ki, Harrisin Kaliforniyadakı təcrübəsi onu göstərir ki, o, Amerikanı məhv edəcək.

“Onun radikal liberal siyasəti San Fransiskonu məhv etdi. O, baş prokuror ikən Kaliforniyanı məhv etdi. O, bizim orta sinfimizi sıxışdırdı, sərhədimizi yıxdı, dünyanı məhv etdi. İndi də o, “baş iş yerləri qatili” vəzifəsinə çıxarılmaq istəyir,” Tramp deyib.

Kaliforniya ən liberal işçi hüquqları, ətrat mühit və LGBTQ icmalarının müdafiəsi qanunlarının olduğu ştatlardan biridir. Seçici Deyvid Meraz deyir ki, Harrisə Kaliforniya ilə bağlı hücumlar yönəltmək çirkli siyasət yürütməkdir.

“O, təkcə ittihamçı deyil, təkcə baş prokuror deyil, həm də ştat Senatında qanunverciliyə başçılıq etmək kimi təcrübəyə malidkir. Onlar da bunu etməyə çalışır, çünki onlar onu sarsıtmağa çalışırlar. Amma onlar onun təcrübəsi haqda danışmaq istəmirlər,” o deyir.

Kayl Kellinin Trampı dəstəkləməsinin səbəbi isə onun Kaliforniyada silah hüquqlarının məhdudlaşdırılmasında rol oynamasıdır.

“Mənim onunla bağlı bildiklərimin çoxu Kaliforniyada silahlara nəzarət baxımından etdikləri və yeni qaydalar və qanunlar tətbiq etmək üçün etdikləridir. Və aydındır ki, mən onun etdiyi hər şeyə qarşıyam,” Kelli deyir.

Lili Smalheiser deyir ki, Harris fərdi hüquqları qorumaq tarixçəsi səbəbilə ən yaxşı namizəddir.

“Məncə reproduktiv hüquqlar çox çox vacibdir. Mən bunu qətiyyən sevirəm. Həm də mən geyəm və düşünürəm ki, bu da onun prezidentliyi altında daha yaxşı olacaq,” Smalheiser deyr.

Ancaq kaliforniyalı seçici Kati Vilmont deyir ki, Harris Kaliforniya və Vaşinqtonda immiqrasiya məsələsində qeyri-müvəffəq olub.

“O, Bayden prezidentliyinin əvvəlində sərhədimizin təhlükəsizliyini təmin etməkdən məsul idi və mən heç bilmirəm ki, o hələ də orada olub ya yox,” Vilmont deyir.

Kaliforniya 2024-cü ildə möhkəm Demokrat bir ştatdır. Partiyanın prezident seçkisində və ABŞ Senatında açıq yer uğrunda mübarizədə qalib gələcəyi gözlənilir. Onun daha da böyük təsiri Harris və Tramp kampaniyalarının onunn Kalifornaiyadakı iş təcrübəsini digər ştatlardakı seçicilərə necə təqdim etmələri ilə əlaqədar olacaq.

Forum

XS
SM
MD
LG