Accessibility links

Rusiyanın hava hücumları Kyivi hədəf alıb


Ukrayna rəsmiləri bazar ertəsi bildirib ki, Rusiya qüvvələri, Ukrayna paytaxtı Kyiv daxil olmaqla, bir neçə bölgəni raket və dronlarla hədəf alıb.

Kyivin hərbi administrasiyasının başçısı Serhiy Popko Telegram-da bildirib ki, Rusiya şəhərə 10-dan çox qanadlı raket və təxminən 10 balistik raketlə yanaşı bir dronla hücum edib.

Kyivin meri Vitali Kliçko deyib ki, Ukrayna hava hücumundan sistemlərinin onları vurması nəticəsində düşən qalıqlar azı iki nəfərin xəsarət almasına səbəb olub.

Rusiyanın hücumu həmçinin su zavodunda qazanxanaya və bomba sığınacaqğı kimi istifadə olunan metro stansiyasının girişinə ziyan vurub.

Dnipropetrovsk, Xerson, Mikolaiv və Poltava regionlarının qubernatorları bazar ertəsi bildirib ki, hava hücumundan müdafiə sistemləri onların bölgələri üzərində Rusiya dronlarını vurub. Çerkası qubernatoru isə deyib ki, bölgə üzərində bir raketi məhv edib.

Rusiyanın hücumları Ukraynanın Rusiyaya havadan kütləvi zərbələr endirməsindən bir gün sonraya təsadüf edir. Rusiyanın müdafiə nazirliyi 158 dronu vurduğunu bildirib.

Nazirlik bazar ertəsi Ukraynanın iki dronunu, onlardan birini Belqorod bölgəsi, digərini isə Qara dəniz üzərində vurduğunu deyib.

Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegramda bildirib ki, Ukrayna qüvvələri bir neçə rayona zərbə endirib, bir kommersiya obyektinə, habelə bir neçə evə ziyan dəyib. O deyib ki, azı bir nəfər xəsarət alıb.

Forum

XS
SM
MD
LG