ATƏT-in qısamüddətli müşahidə missiyasının Xüsusi Koordinatoru və rəhbəri Maykl Krid (Michael Creed, İrlandiya) Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı müxtəlif məntəqələrdə müşahidələr aparıb. O, Amerikanın Səsinə müsahibəsində müşahidə missiyasının ilkin rəyinin sentyabrın 2-də təqdim ediləcəyini bildirib.
Amerikanın Səsi: Məntəqədə müşahidə apardınız. İlkin təəssüratlarınız necədir?
Maykl Krid: Müşahidələrə bu gün başlamışıq. Müşahidələr haqqında danışmaq çox erkəndir. Biz sabah mətbuat konfransında müşahidələrimizi açıqlayacağıq. Hazırda müşahidəçilərimiz respublikanın müxtəlif ərazilərində müşahidə aparır. Ona görə də hal-hazırda bir firkir demək mümkün deyil.
Amerikanın Səsi: İlk dəfədir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT-in Parlament Assambleyasının müşahidə missiyası aralıq hesabat yaymadı. Azərbaycanda seçki mühitini necə qiymətləndirirsiniz?
Maykl Krid: Ümumilikdə son günlər ərzində həm Mərkəzi Seçki Komissiyası, həm vətəndaş cəmiyyəti və digər qurumlarla çox faydalı və informativ brifinqlərdə iştirak etmişik. Bu brifinqlər nəticəsində ölkədəki seçki mühiti haqqında bir xeyli məlumat toplamışıq. Amma, biz toplam rəyimizi sabahkı mətbuat konfransında açıqlayacağıq.
Amerikanın Səsi: Bəs seçkiqabağı mühitlə bağlı nə deyə bilərsiniz?
Maykl Krid: Dediyim kimi, biz çox fəqrli şəxslər, həm seçki komissiyası, həm namizədlər və başqa müxtəlif insanlarla görüşlərdə olmuşuq. Məlumatlarımız çox informativdir.
Forum