Accessibility links

ABŞ-ın növbəti prezidentinin idarəsi altında "Affordable Care" Aktının aqibəti nə olacaq?


ABŞ-ın növbəti prezidentinin idarəsi altında "Affordable Care" Aktının aqibəti nə olacaq?
please wait

No media source currently available

0:00 0:03:10 0:00

“Obamacare kimi tanınan” Affordable Care Aktı milyonlarla amerikalının sağlamlıq sığortasına çıxışını artırıb. Amma növbəti prezidentin idarəsi altında proqramın gələcəyinin nə olacağı bəlli deyil. Nə Harris nə də Tramp adminsitrasiyası Affordable Care Aktı ilə bağlı görüşlərinin təfərrüatlarını açıqlamayıb, ancaq seçicilər bu məsələni yaxından izləyir.

Optikoloq Taya Dov sağlamlıq sığortası olmayan təxminən 25 milyon amerikalıdan biridir. O, sığortasız yaşadığı təcrübələri nəzərə alaraq, sığorta variantlarını araşdırır.

“Mən özümü yaxşı hiss etməyəndə, “bu o qədər də ciddi olmaya bilər, sadəcə soyuqdəymədir, ya da ciddi bir şey deyil” deyirəm. Yəni, bunu ertələyirəm, çünki bilirəm ki, xətəxanaya getsəm, xərcləri qarşılayacaq sığortam yoxdur,” sağlamlıq sığortası olmayan Taya Dov deyir.

Affordable Care Aktı adlı sığorta planı 2010-cu ildə Obama administrasiyası altında qəbul edilib. Səhiyyə siyasəti təşkilatı KFF-in məlumatına görə, səhiyyə sisteminin islahatla bağlı qanunu sayəsində gənc, sığortasız amerikalıların sayı azalıb.

“O, daha öncə mövcud olmayan bəzi yeni tibbi sığorta bazarları yaratdı. İnsanlar burada öz sağlamlıq sığortalarını seçə və onu daha əlverişli etmək üçün federal subsidiya ala bilirlər,” Sintia Koks deyir.

Mart ayına olan məlumata görə, 21 milyon amerikalı Affordable Care Aktı planı vasitəsilə sağlamlıq sığortası alıb.

Respublikaçılar illərlə qanunu ləğv etməyə çalışıblar.

Trampın keçmiş məsləhətçisi və Paragon Səhiyyə İnstitutunun Prezidenti Brayan Bleys bəzi etirazlarını sadalayır.

“Bu plan seçimləri məhdudlaşdırdı, səhiyyə sistemində konsolidasiyaları artırdı, yəni xəstəxanalar özəl klinikaları aldı, klinikalar birləşdi. Bu da qiymətlərin və xərclərin artmasına gətirib çıxardı. Və Amerikada səhiyyə də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb,” o bildirib.

Affordable Care Aktının tərəfdarları bununla razılaşmır.

Bu mövzu Harris-Valz kampaniyasının mərkəzi hissəsidir.

“O, Affordable Care Aktına son qoymaq niyyətidindədir. Bizi sığorta şirkətlərinin mövcud sağlamlıq problemləri olan insanları sığorta ilə təmin etməyi rədd etmək gücünə malik olduğu bir dövrə qaytarmaq,” Prezidentliyə Demokrat namizəd Kamala Harris deyib.

Tramp Prezident ikən “Affordable Care Act”-i ləğv etməyə çalışıb, amma müvəffəq olmayıb.

Onun bu dəfəki seçki kampaniyasında fərqli bir yanaşması var.

“Mən Affordable Care Act-ı saxlayacam. O, pisdir. Yaxşı deyil. Daha yaxşısını edə bilsək, ona nə isə edəcəyik. Daha yaxşısını edə bilsək, yəni sizin üçün daha ucuz və yaxşı sığorta,” o deyib.

Nə Harris nə də Tramp kampaniyası Amerikanın Səsinin namizədlərin Affordable Care Aktını yaxşılaşdırmaq və ya gücləndirmək planı ilə bağlı detallarını açıqlamaq istəyinə cavab verməyib.

Trampın keçmiş müşaviri Brayan Bleys sığorta planını ləğv etməkdənsə, islahatlar aparmağı dəstəkləyir.

“Subsidiyaların bir bir hissəsini sığortaçılardan alıb, fiziki şəxslərə yönləndirmək,” o deyib.

Afforable Care Aktı vasitəsilə sığorta planı alan Karl Hyus üçün bu, şəxsi məsələdir. O, gələcək prezidenti dəyişikliləri nəzərdən keçirərkən pasientlərin maraqlarını nəzərə almağa çağırır.

“Onu dəyişmək onu yaxşılaşdırmaq olmalıdır, blok etmək deyil.”

Müstəqil seçici olan Hyus deyir ki, o, noyabr seçkisində səs verərkən abort hüquqları və immiqrasiya ilə yanaşı, sağlamlıq sığortası məsələsinə prioritet verəcək.

Forum

XS
SM
MD
LG