Accessibility links

JD Vans Trampın rəhbərliyi altında aborta federal qadağanın olmayacağını deyib; Harrisin kampaniyası rekord sayda ianə toplayıb


Respublikaçıların vitse-prezidentliyə namizədi JD Vans bazar günü deyib ki, o və Donald Tramp Ağ Ev uğrunda mübarizədə qalib gəlsələr, o, Birləşmiş Ştatlarda aborta federal səviyyədə qadağa tətbiq etməyəcək. Bu arada isə Demokratların prezident və vitse-prezidentliyə namizədləri Kamala Harris və Tim Valz reproduktiv haqlarla bağlı mesajlarını davam etdirilər və kampaniya ianələrinin rekord sayda olduğunu açıqlayıblar.

Bazar günü NBC-nin Meet the Press verilişində Respublikaçıların vitse-prezidentliyə namizədi JD Vansa noyabrda seçiləcəyi təqdirdə ümummili abort qadağası tətbiq etməməyi vəd edə bilib-bilməyəcəyi ilə bağlı sual verilib.

“Mən buna tamamilə söz verə bilərəm,” Vans deyib.

Onun cavabı Tramp özünün Trtuh Social sosila medai platformasında “Mənim administrasiyam qadınlar və onların reproduktiv hüquqları üçün möhtəşəm olacaq” yazmasından iki gün sonraya təsadüf edib.

Ancaq Konqresdəki bəzi respublikaçılar aktiv bir şəkildə abortun ölkə boyu qadağan olunmasına çalışdığı bir vaxtda, Vansa NBC-də Trampın Ağ Evə geri dönəcəyi təqdirdə bu cür qanun layihəsinə veto qoyub-qoymacağı sual edilib.

“Məncə edər, o açıq şəkildə edəcəyini söyləyib,” o cavab verib.

Demorkat Harris və Valzın seçki kampaniyası xəbərdarlıq edir ki, Tramp administrasiya altında reproduktiv hüquqlar yox olacaq. Vitse-prezdientliyə namizəd Tim Valz bu yaxınlarda keçirilən Demokratların Milli Konvensiyasında bu məsələyə toxunub.

“Onlar Konqresin köməyi olsa da, olmasa da bu ölkədə aborta çıxışı qadağan edəcəklər,” Valz bildirib.

Təhlilçilər Demokratların Milli Qurultayının ümumilikdə uğrulu keçdiyini deyirlər. Demokatlar ümid edir ki, bu, seçkidə onlara səs qazandıracaq. Bundan əlavə Harris-Valz kampaniyası bazar günü kampaniya başlayandan bəri 540 milyon dollar ianə topladığını elan edib.

Müstəqil senator Berni Sanders Vitse-prezident Kamala Harrisi Ağ Evə aparan yolun açıq olması ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.

“Məncə bu, çətin kampaniya olacaq. Düşünürəm ki, vitse-prezidentin indi qalib gəlmək şansı çox yaxşıdır. O, şübhəsiz ki, xalq səsverməsində milyonlarla səslə qalib gələcək və məncə onun mühüm ştatların çoxunda da qalib gəlmək şansı çox yüksəkdir,” Sanders bildirib.

Respublikaçı Senator Tom Kotton isə onunla razılaşmır.

“Donald Tramp daha öncə prezident olub. Amerika xalqı onun nələr etdiyini bilir. Onlar bilir ki, o, onların Kamala Harris və Co Baydenin rəhbərliyi altında çəkdikləri əziyyətləri anlayır və məncə buna görə də, onlar Donald Trampın Ağ Evə qayıtmasına hazırdırlar,” o deyib.

Hər iki kampaniya bu həftə bir neçə tədbir keçirməyi planlaşdırı. Kamala Harris və onun vitse-prezidentliyə namizədi çərşənbə günü Corciyada avtobusla seçki turuna başlayır.

Trampın cümə axşamı Viskonsibdə, cümə günü isə Pensilvaniyada görüş keçirəcəyi gözlənilir.

Forum

XS
SM
MD
LG