Accessibility links

ABŞ dövlət katibi İsraildədir


ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Qəzzada İsrail və HƏMAS arasında 10 aydır davam edən müharibəyə son qoyacaq atəşkəsə nail olmaq üçün intensivləşən diplomatik səylər çərçivəsində İsraildədir.

Fələstinlilərin səhiyyə rəsmiləri Blinkenin bölgəyə növbəti səfərindən əvvəl İsrailin Qəzzada yeni döyüşlər zamanı 28 fələstinli mülki vətəndaşı, o cümlədən bir qadını və altı uşağı öldürdüyünü bildirib.

ABŞ-ın baş diplomatının keçən ilin oktyabrında müharibə başlayandan bəri regiona 10-cu səfəri Birləşmiş Ştatların və vasitəçiləri Qətər və Misirin müharibə edən tərəflər arasında uçurumları aradan qaldıracağına inandığı körpü təkliflərindən bir neçə gün sonraya təsadüf edir.

İsraildə Blinkenin baş nazir Benyamin Netanyahu və digər yüksək vəzifəli rəsmilərlə görüşəcəyi gözlənilir.

İyulun 31-də Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İran İsrailə cavab tədbirləri görəcəyi ilə hədələyib. Vaşinqton dəfələrlə İrana xəbərdarlıq edib ki, İsrailə qarşı heç bir cavab addımı atmasın. ABŞ rəsmisi belə bir hərəkətin xüsusilə İran üçün “kataklizm” nəticələri ola biləcəyini deyib.

Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın xarici işlər nazirləri birgə bəyanatda davam edən atəşkəs danışıqlara dəstək verib və bütün tərəfləri hər bir "eskalasiya hərəkətindən" çəkinməyə çağırdılar.

Razılaşmanın necə həyata keçiriləcəyi ilə bağlı danışıqların gələn həftənin əvvəlində yüksək vəzifəli məmurların həftənin sonunda Qahirədə razılaşmanı bağlamaq məqsədi ilə Qahirədə yenidən toplanmasından əvvəl davam edəcəyi gözlənilir.

Netanyahunun ofisindən şənbə günü verilən açıqlamaya görə, İsrailin danışıqlar qrupu razılaşmanın irəliləyiş ehtimalı ilə bağlı "ehtiyatlı nikbinlik" ifadə edib.

HƏMAS sözçüsü Cihad Taha şənbə günü Əl-Cəzirə TV-yə deyib ki, İsrail atəşkəs danışıqlarına şərtlər əlavə edib və Netanyahunu bu şərtlərdən səylərə mane olmaqda ittiham edib.

Atəşkəsə ümidlər artsa da, müharibə davam edir. İsrailin HƏMAS-ın yaxınlıqdakı raket atəşini əsas gətirərək yeni təxliyə əmri verdiyini bildirən səhiyyə rəsmiləri şənbə günü İsrailin Qəzzanın Zaveyda qəsəbəsinə endirdiyi zərbə nəticəsində ən azı 17 fələstinlinin öldüyünü və onlarla insanın yaralandığını bildirib.

Onilliklər boyu davam edən İsrail-Fələstin münaqişəsinin sonuncu raundu oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailə hücumu ilə başlayıb. İsrailin məlumatlarına görə, 1200-ə yaxın adam öldürülüb və 250-yə yaxın insan girov götürülüb.

Fələstinlilərin səhiyyə orqanlarının məlumatına görə, İsrailin sonrakı hərbi kampaniyası Qəzzanın böyük hissəsini xarabalığa çevirib və əksəriyyəti mülki insanlar olmaqla, 40 mindən çox fələstinlini öldürüb. İsrail isə 17 min HƏMAS döyüşçüsünü məhv etdiyini bildirir.

Forum

XS
SM
MD
LG