Accessibility links

Zelenski: Ukrayna Rusiyanın Kursk vilayətində mövqelərini gücləndirir


Rusiyanın Ukraynanın Sumı şəhərində yaşayış məhəlləsinə endirdiyi hava hücumu nəticəsində məhv edilən avtomobillər. 17 avqust, 2024.
Rusiyanın Ukraynanın Sumı şəhərində yaşayış məhəlləsinə endirdiyi hava hücumu nəticəsində məhv edilən avtomobillər. 17 avqust, 2024.

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü bilirib ki, qoşunları Rusiyanın Kursk bölgəsində mövqelərini gücləndirib və daha çox ərazi ələ keçirib.

Ukrayna bildirir ki, İkinci Dünya müharibəsindən sonra Rusiyaya ən böyük müdaxilə çərçivəsində avqustun altısından bəri Kurskda 1150 kvadrat kilometrlik ərazidə 80-dən çox yaşayış məntəqəsinin nəzarətini ələ keçirib.

Zelenski deyib ki, ordu başçısı Oleksandr Sırski Ukrayna qoşunlarının irəliləməyə davam etdiklərini və daha çox rus əsgərini əsir götürdüklərini bildirib.

“Rus əsgərləri əsir götürərək, Rusiyanın əsir saxladığı bizim əsgər və mülki vətəndaşlarımızın sərəbst buraxılmasını yaxınlaşdıran bütün əsgər və komandirlərə təşəkkür edirəm,” Zelenski Telegram mesajlaşma tətbiqinə yerləşdirdiyi açıqlamada deyib.

“General Sırski həmçinin qüvvələrimizin Kursk regionunda mövqelərini gücləndirdikləri və sabitləşən ərazinin genişləndirdikləri barədə xəbər verib.”

Ukrayna ordusu gündəlik məlumatında bildirib ki, qoşunları Kurskda uğurla irəliləyir, amma əlavə təfərrüat verməyib. O daha öncə ordunun 35 kilometr irəlilədiyini bildirmişdi.

Reuters heç bir tərəfin döyüş meydanı ilə bağlı iddialarını müstəqil bir şəkildə təsdiqləyə bilməyib.

Rusiya Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə başlayandan 2 il yarımdan çox bir vaxtdan sonra bu müdaxiləni böyük təxribat adlandırıb və “layiq cavab” verməyi vəd edib.

Moskva deyir ki, Ukrayna körpünü dağıtmaq və mülki vətəndaşlı təxliyə etməyə çalışan könüllüləri öldürmək üçün Qərbin silahlarından istifadə edib ki, buna çox güman ki, ABŞ istehsalı HİMARS-lar daxildir.

Zelenski həmçinin deyib ki, Ukrayna qoşunları Ukraynanın Donetsk regionunda Pokrovsk və Toretsk yaxınlığında Rusiyanın onlarla hücumunun qarşısını alıb. Ordu bildirib ki, son 24 saatda şərqi bölgənin əsas logistika mərkəzi olan Pokrovsk yaxınlığında Rusiyanın 51 hücumunun, Toretsk şəhəri yaxınlığında isə 13 hücumun qarşısı alınıb.

“Bizim əsgələr və bölmələrimiz işğalçıını dağıtmaq və hücumları dəf etmək üçün hər şeyi edirlər. Vəziyyət nəzarət altındadır,” Zelenski deyib.

Forum

XS
SM
MD
LG