Accessibility links

Təbriz, Zəncan və Mərənddə tibb işçiləri piket keçirib


Mərənddə tibb bacılarının etiraz aksiyası (Foto: Sina Yusifinin X hesabı)
Mərənddə tibb bacılarının etiraz aksiyası (Foto: Sina Yusifinin X hesabı)

Şərqi Azərbaycanın Təbriz və Mərənd şəhərlərində tibb bacıları və xəstəxana işçiləri etiraz aksiyaları keçiriblər.

Hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, bir qrup tibb bacısı Təbrizdəki Salamat Xəstəxanasında işləməkdən imtina edərək xəstəxana qarşısında toplaşıb.

Bu etiraz aksiyası İranın müxtəlif şəhərlərində keçirilən tibb bacılarının etirazları ilə eyni vaxtda baş tutur. Onlar iş şəraitindən narazılıq edərək əmək haqqı qanunlarına düzəlişlərin aparılmasını, məcburi əlavə iş saatlarının ləğvini və maaşların artırılmasını tələb ediblər.

Mərənddəki Kuh-Kəməri Xəstəxanasının tibb bacıları elektrik enerjisinin kəsilməsi və bunun xəstələrin həyatını təhlükə altına salması səbəbilə tətil keçirib. Ölkədə elektrik enerjisi böhranı müxtəlif sektorlarda problemlər yaradıb.

Hüquq müdafiəçisi Sina Yusifi "X" platformasında bu xəstəxanada idarəetmə böhranının yaşandığını və xəstəxana rəhbərləri tərəfindən tibb bacılarına qeyri-əxlaqi davranışların göstərildiyini, lakin buna baxmayaraq, tibb bacılarının şikayətlərinin təmin edilmədiyini bildirib.

Digər şəhərlər, o cümlədən Zəncan, Ərak, Yəzd və daha bir neçə şəhərdə də tibb bacıları xəstəxanaların düzgün idarə olunmadığına, iş şəraitinə və yetərsiz maaşlarına görə etiraz aksiyaları keçiriblər. Onlar keçirdiyi piketlərdə dolanışıq problemləri, kifayət qədər əmək haqqı almamaları və məcburi əlavə iş saatlarına qarşı çıxış edərək şüarlar səsləndiriblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG