ABŞ səfirliyi Azərbaycan, Gürcüstan və Ermənistanı təmsil edən dinamik gənc liderlərdən ibarət qrupa bu yay ABŞ-a səfər edib təcrübə əldə etmək imkanını dəstəkləyir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, üç respublikadan olan gənclər icma quruculuğu, mədəniyyət vasitəsilə sülhməramlılıq və sosial sahibkarlıq sahələrinə qatılacaqlar.
“Onlar ABŞ-da ekspertlərlə təmasda olaraq, təmsil etdikləri icmaların inkişafına yönələn yeni ideyaların və innovativ həllərin yaradılması və icrasını öyrənirlər”, səfirliyin məlumatında qeyd edilir.
Xatırladaq ki, bu ilin aprelində isə Azərbaycan, Gürcüstan və Ermənistandan olan iştirakçılar Qafqaz Təbiəti Mühafizə Korpusu regional proqramını genişləndirmək üçün qabaqcıl təcrübələri öyrənmək və bölüşmək məqsədilə Arizona Cığırlar Assosiasiyası, Koronado Milli Meşəsi, bir çox digər hökumət və QHT tərəfdaşları ilə ABŞ-da texniki mübadilələr aparıb.
Forum