Accessibility links

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalistin ailəsi sığınacaq üçün xarici ölkələrin səfirliklərinə müraciət edib


Sevinc Sadıqova
Sevinc Sadıqova

Gürcüstanda ekstradisiya məqsədi ilə həbs edilən Azel.TV saytınının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun ailə üzvləri üçüncü ölkədən sığınacaq almaq üçün bu gün, avqustun 6-da BMT-nin Gürcüstandakı ofisinə və Fransanın Gürcüstandakı səfirliyinə müraciət edib. O həmçinin sığıncaq almasına kömək etməsi üçün Gürcüstanın ombudsmanı ilə görüşüb.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova avqustun 6-da Amerikianın Səsinə deyib.

Sadıqova bundan öncə sığınacaq almaq üçün Norveçin və Böyük Britaniyanın Gürcüstandakı səfriliklərinə də müraciət etdiyini bildirib.

“Mən və iki uşağm Tbilisidə təhlükə altında, köməksiz vəziyyətdə qalmışıq. Burada bizim bütün hərəkətlərimizi izləyirlər. Kirayədə yaşadığımız evin ətrafında çoxsaylı şübhəli şəxlər dolaşır. Onlar hətta elə hərəkətlər edir ki, yaşadığımız evin sahibi də qorxutya düşüb. Kirayə pulumuzu qabaqcadan ödədiyimizə baxmayaraq bizdən evindən çıxmağımızı istəyir”, Sadıqova qeyd edib.

Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə Əfqan Sadıqov barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığı bildirilib.

Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistin həbsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Sadıqovu bundan öncə iyulun 17-də Tbilisi aeroportunda pasport-nəzarət keçidində saxlayıblar və sonra sərbəst buraxıblar.

Jurnalist Amerikanın Səsinə deyib ki, onun Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyəti verib.

“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam. Hətta Azərbaycanda yaşayan ailə üzvlərimi hüquq-mühafizə orqanlarından zəng edib təhdid ediblər. Deyiblər ki, Əfqan tənqidi yazılarını dayandırmasa, ailənin taleyi heç də yaxşı olmayacaq. Bu səbəbdən Gürcüstanı tərk etmək istəyirik”, o qeyd edib.

Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov 2020-ci ilin mayında da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG