Accessibility links

Hizbullah yüksək vəzifəli komandirinin İsrailin vurduğu binada olduğunu deyir


Livanda yerləşən Hizbullah silahlı qruplaşması yüksək vəzifəli komandirinin cəsədini axtarışının aparıldığını bildirib. Hizbullahın bəyanatında deyilir ki, Fuad Şükür İsrail qüvvələrinin çərşənbə axşamı Beyrutda vurduğu binada olub.

İsrail bildirib ki, Şükür şənbə günü İsrailin işğalı altında olan Qolan Təpələrində futbol meydançasında oynayan 12 uşağın ölümünə səbəb olan hava hücumuna görə məsuliyyət daşıyır.

"Bu gecə [İsrail Müdafiə Qüvvələri] Hizbullahın ən yüksək rütbəli hərbi komandirini məhv etmək üçün dəqiq və peşəkar əməliyyat keçirib", deyə İsrailin müdafiə naziri Yoav Gallant bildirib. O həmçinin əlavə edib ki, "Bu gecə xalqımızın qanının qiymətinin olduğunu və bu məqsədlə qüvvələrimiz üçün əlçatmaz yer olmadığını göstərdik".

Şükürün Hizbullah lideri Həsən Nəsrullahın hərbi müşaviri olduğuna inanılırdı və uzun müddətdir ki, ABŞ-ın terrorçu olaraq elan etdiyi təşkilatda fəaliyyət göstərirdi.

Birləşmiş Ştatlar ona 2015-ci ildə sanksiya tətbiq edib. Şükür 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadalarının kazarmasının bombalanmasında oynadığı rola görə ABŞ tərəfindən axtarışa verilib.

Livanın hökümətinə məxsus milli xəbər agentliyi İsrailin hücumunun paytaxtın Haret Hreik məhəlləsində Hizbullahın Şura İttifaqının yaxınlığındakı ərazini hədəfə aldığını bildirib.

Livanın İctimai Səhiyyə Nazirliyi, hücum nəticəsində 74 nəfərin yaralandığını xəbər verib.

Birləşmiş Millətlər Təşkilatı "İsrail Müdafiə Qüvvələrinin Beyrutun sıx məskunlaşmış cənub ətrafına endirdiyi zərbələrdən ciddi narahatlığını" ifadə edib.

"Vəziyyətlə bağlı əlavə məlumatın verilməsini gözlədiyimiz üçün biz bir daha tərəfləri maksimum təmkinli olmağa çağırırıq və bütün tərəfləri hər hansı genişlənmiş gərginlikdən qaçmağa çağırırıq", deyə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik açıqlama verib.

İsrail və ABŞ şənbə günü İsrailin işğal etdiyi Qolan Təpələrindəki druz icmasının yaşadığı Məcdəl Şəms kəndinə edilən hücumda Hizbullahı günahlandırır, baxmayaraq ki, Hizbullah məsuliyyəti öz üzərinə götürmür.

İsrail və Hizbullah keçən ilin oktyabrında Qəzzada müharibə başlayandan bəri sərhəd boyu hücumlar mübadiləsi aparır.

Hizbullah HƏMAS ilə həmrəylik nümayiş etdirdiyini bildirib. Eyni zamanda Yəməndə yerləşən Husi yaraqlıları bu səbəblə Qırmızı dənizdə gəmilərə hücumlar təşkil edərək marşurutu pozmağa çalışır. Hər üç qrupun dəstəkçisi İrandır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG