Accessibility links

İrsinə diqqət yetirən Bayden qanunun aliliyi və demokratik prinsiplərdən danışıb


Artıq kampaniya yolunda olmayan prezident Co Bayden bazar ertəsi LBJ Prezident Kitabxanasında irsini möhkəmləndirmək üçün nitq söyləyib.

Builki seçki kampaniyasını tərk etdikdən sonra Bayden qanunun aliliyi və demokratik prinsiplər naminə çıxış edərək Mülki Hüquqlar Aktının 60-cı ildönümünü qeyd edib. Bütün bu müddət ərzində o, Respublikaçı Donald Trampın Ağ Evə qayıdacağı təgdirdə görəcəyi təhlükə barədə xəbərdarlıq edib.

"Heç kim qanundan üstün deyil", Bayden deyib. O, Trampa qarşı tənqidlərini Martin Lüter Kinq oğul, Con F. Kennedi və Lindon B. Cohnson dövründə siyasətdəki ilk günlərini nostalgiya qarışığı ilə edib.

Bu, onun daha əvvəl necə ictimai müdafiəçi olması və ABŞ Senatına namizəd olmaq üçün Delaver liderləri tərəfindən küncə sıxışdırıldığı haqqında danışdığı hekayədir. Lakin hu hekayə onun siyasi karyerasının son altı ayını nəzərdən keçirərkən başqa bir rezonans doğurur.

"Çünki bir çoxunuz kimi nişanlandım... siz nişanlanırsınız və siz hər şeyi dəyişdirmək istəyirsiniz" dedi.

Mühit xüsusi bir rezonans yaradıb. Belə ki, Bayden özü kimi yenidən seçilmək istəməyən son prezident Consona həsr olunmuş kitabxanada danışıb.

Bayden çıxışından Ali Məhkəməyə müddət məhdudiyyətləri və ədalət mühakimələri üçün tətbiq edilə bilən etika kodeksini, habelə prezidentin toxunulmazlığını məhdudlaşdıran konstitusiya dəyişikliyini ehtiva edən dəyişikliklərə çağırmaq üçün istifadə edib. Lakin onun təklifi çox çətin ki, Respublikaçıların Nümayəndələr Palatsında təsdiq əldə etsin. Bu, yazlnız Baydenin dövlət vəzifəsində ikən vaxtını sərf etdiyi işlərində simvolik mövqe tutacaq.

Baydenin COVID-19 xəstəliyi səbəbi ilə ləğv edilən və iki həftə ərzində yenidən planlaşdırılan Texas səfəri fərqli bir simvolizmə malik olub.

Əvvəlcə iyulun 15-nə təyin edilmiş nitq Ağ Ev tərəfindən Baydenin batmaqda olan prezidentlik kampaniyasını xilas etmək üçün iddia qaldırmağa çalışmaq üçün bir fürsət mahiyyəti daşıyırdı.

Bayden nitqini həm də onu1 kənara çəkilməsinə açıq şəkildə çağıran ilk Demokrat millət vəkili, 15 dövr konqresmen olan Lloyd Doggettin doğma rayonunda söyləyib.

Vitse-prezident Kamala Harris, ehtimal ki, demokrat namizəd olacaq.

Prezident indi diqqətini növbəti dörd ilinə deyil, onun müddətinin mirasına və demokratiyanın gələcəyinə yönəldib.

Doqqett prezidenti Ostində qarşılayan millət vəkilləri, vətəndaş hüquqları müdafiəçiləri və digərləri arasında olub.
Bayden və texaslı konqresmenin əlini sıxaraq, onunla qısa söhbət edib.

Bayden çıxışında deyib ki,Harrisi “ruhlandırıcı lider olmaqda davam edəcək”. O, vitse-prezidenti “inanılmaz tərəfdaş” adlandırıb.

ABŞ-ın heç bir prezidenti Bayden kimi yarışdan belə gec çıxmayıb.

Conson 1968-ci ilin martında, Vyetnam müharibəsinin qızğın vaxtında yenidən seçilmək istəmədiyini bildirmişdi.

Bayden son vaxtlar Consonla çoxlu müqayisələr aparıb. Hər iki şəxs qərarlarını açıqlamaq üçün Oval Ofisdən xalqa müraciət edib. Onların hər ikisi də öz partiyası daxilindən kənara çəkilmək üçün təzyiqlə üzləşib.

Lakin onların səbəbləri çox fərqli olub. Conson müharibənin qızğın vaxtında uzaqlaşıb və diqqətini münaqişəyə yönəltmək zərurəti haqqında uzun-uzadı danışıb.

81 yaşlı Bayden iyunun 27-də sarsıntılı debat performansından sonra yaşı, əqli kəskinliyi və Trampı məğlub edə bilməcəyi ilə bağlı qorxular alovlandırana qədər yenidən seçilmək niyyətində idi. O, xüsusən də keçmiş prezidentin 2020-ci ildə uduzduğu seçkinin nəticələrini ləğv etmək səylərindən və bu itki ilə bağlı davamlı yalanlarından sonra Trampı demokratiya üçün ciddi təhlükə adlandırıb.

Bayden prezidentlik yarışdan imtina etmək qərarını demokratiyanı qorumaq üçün partiyasını birləşdirmək ehtiyacı ilə izah edib.

Bayden səsvermə hüquqlarını genişləndirən əsas qanunları və Corc Floyd adına federal polis qanun layihəsini imzalamaq da daxil olmaqla, səlahiyyətlərinin son altı ayında bacardığı qədər çox iş görməyə qərarlı olduğunu deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG