Accessibility links

Qərb ölkələri vətəndaşlarını Livanı tərk etməyə çağırır


Bir sıra Qərb hökumətləri İsrail və İranın dəstəklədiyi Hizbullah yaraqlıları arasında gərginliyin artdığı bir vaxt öz vətəndaşlarını Livanı tərk etməyə çağırır.

Livan şənbə günü Qolan təpələrində futbol meydançasında 12 druz uşaq və gəncin ölümünə səbəb olan şübhəli Hizbullah raket hücumuna İsrail ordusunun cavabı üçün hazırlaşır.

İsrail qisas alacağını bildirib.

Birləşmiş Ştatlar, Almaniya, İngiltərə və Fransa vətəndaşlarına səyahət xəbərdarlığı edən hökumətlər arasındadır, onları Livanı dərhal tərk etməyə və ya münaqişə riski artdıqca ora səyahət etməməyə çağırır.

ABŞ-ın Beyrutdakı səfirliyinin konsulluq məsələləri üzrə katibinin köməkçisi Rena Bitter əvvəllər Twitter olan X-də bir videoda Livandakı amerikalılara “böhran üçün fəaliyyət planı yaratmağı və böhran başlamazdan əvvəl getməyi” tövsiyə edib.

“Yerli kommunikasiyalar və nəqliyyat infrastrukturu hələ pozulmamış və normal fəaliyyət göstərdiyi halda müntəzəm olaraq planlaşdırılmış nəqliyyat həmişə ən yaxşı seçimdir”, Bitter bildirib.

Almaniya öz vətəndaşlarına təcili olaraq Livanı tərk etmələrini,, hava səyahətinin tezliklə dayandırıla biləcəyini və gərginliyin Beyrut hava limanının fəaliyyətini dayandıra biləcəyini deyib.

Artıq Almaniyanın Lufthansa, Swiss International Air Lines, Air France və Türk Hava Yolları Livandakı təhlükəsizlik vəziyyətini əsas gətirərək Beyruta uçuşları dayandırıb.

Livanın müvəqqəti xarici işlər naziri Abdullah Bu Həbib CNN-ə verdiyi açıqlamada Livan hökumətinin Hizbullahı cilovlamaq üçün çox az şey edə biləcəyinideyib, lakin əlavə edib ki, kommunikasiya xətləri açıq qalır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG