Accessibility links

ABŞ-da seçkilərə 100 gün qalmış prezidentlik yarışı qızışır


ABŞ-da seçkilərə 100 gün qalmış prezidentlik yarışı qızışır
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris rəqabətli ştatlardakı qərarsız seçiciləri əldə etmək üçün bir-birlərinə qarşı hücuma keçiblər. Seçki gününə cəmi üç aydan bir az çox vaxt qaldığı üçün yarışın daha qızışacağı gözlənilir.

ABŞ-da prezident seçkilərinə təxminən 100 gün qaldığı bir vaxt Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Minnesota ştatının Sent Kloud şəhərində mitinq zamanı Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harrisə qarşı hücumlarını artırıb.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çıxışı zamanı deyib ki, "İndi bizim yeni qurbanımız var, Kamala. Yeni bir qurbanımız var. Tamamilə yeni bir qurban. Düzünü desəm, o, radikal solçu dəlidir".

Harris isə Massaçusets ştatının Pittsfild şəhərində kampaniya apararkən Trampa cavab verib: "Və siz Donald Trampın mənim haqqımda inanılmaz yalanlar səsləndirdiyini görmüsünüz, o və onun silahdaşının dedikləri sədəcə qəribədir".

Harrisin kampaniyası deyir ki, keçmiş prokuror prezident Co Baydenin dəstəyini aldıqdan sonra 200 milyon dollar ianə toplayıb və bunun 66 faizi ilk dəfə ianə edən şəxslərdən gəlib.

New Hampshire qubernatoru, Respublikaçı Kris Sununu Harrisin namizədliyi ilə bağlı həyəcanın 30 gün ərzində sona çatacağını gözləyir. O, Tramp-JD Vans cütlüyünə şəxsi hücumları yeniləmək əvəzinə siyasi agendalarına sadiq qalmağı tövsiyə edir: "Narahatlığa səbəb olan şeyə sadiq qalın, insanlar hazırda borclarını ödəyə bilmədikləri üçün narahatdırlar. Evlərində və ya icmalarında özlərini təhlükəsiz hiss etmədikləri üçün narahat olurlar. Bunlar onları noyabrda Trampa səs verməyə sövq edəcək şeylərdir".

Merilend ştatının Demokrat qubernatoru Wes Moore, Harrisin gələcəyə yönəlik planlarının rəqabətli ştatlarda olan qərarsız seçicilərin səsini qazanmağa kömək edəcəyinə inandığını bildirib: "Düşünürəm ki, indi seçicilərin dediyi odur ki, biz nəhayət bu seçkidə olan namizədlər haqqında danışa bilərik, insanlar görür ki, təkcə demokratiya risk altna deyil. Həm də əsas dəyərlər, iqtisadi azadlıqlar haqqında necə düşünməyimiz risk altındadır".

Avqust ayında Çikaqoda keçirilməsi planlaşdırılan Demokratların Milli Qurultayından əvvəl Harrisin vitse-prezident seçimini elan edəcəyi gözlənilir.

Rod-Aylend ştatının qanunverici üzvü olan siyasət elmləri professoru June Speakman deyir ki, namizədlər adətən kampaniyanı tarazlaşdıra bilən namizədlər seçirlər “Coğrafi baxımdan çox vaxt belə olur. O, Qərb Sahilindəndir. Beləliklə, gəlin Midwestdən başqa cür ala bilməyəcəyiz səsləri gətirə bilən birini seçək. Tramp kampaniyasını özündən çox gənc olan biri ilə balanslaşdırdı”.

Harrisin Corciya ştatının Atlanta şəhərində kampaniya aparmaq üçün planlaşdırılan məşğul həftəsi var. Veb saytlarına əsasən Tramp isə yaxın günlərdə Pensilvaniya, Nevada və Arizona ştatlarında da təşviqat tədbirləri keçirəcək.

Forum

XS
SM
MD
LG