Accessibility links

Rusiyanın zərbələri nəticəsində Ukraynanın Donetsk vilayətində 5 nəfər ölüb, 15 nəfər yaralanıb


Moskva ölkənin müharibədən dağılmış sənaye mərkəzinə aylarla davam edən yorucu hücumunda daha çox nailiyyət əldə etdiyini iddia etdiyi vaxt Ukraynanın şərqində Donetsk vilayətinin qubernatoru Rusiyanın şənbə günü və gecə ərzində endirdiyi zərbələr nəticəsində 5 dinc sakinin həlak olduğunu, 15 nəfərin isə yaralandığını bildirib.

Donetsk qubernatoru Vadim Filaşkin bazar günü itkilər barədə məlumat verdikdən az sonra Ukraynanın digər yerli rəsmiləri Rusiyanın şərq və cənub bölgələrini atəşə tutulması nəticəsində daha çox mülki vətəndaşın yaralandığını bildirib.

Yerli qubernator Sergey Lısakın bildirdiyinə görə, Moskvanın hərbi qüvvələrinin bazar günü Ukraynanın şərqində Nikopol şəhərinə zərbə endirməsi nəticəsində azı 8 nəfər yaralanıb. Lısak bildirib ki, yaralananlar arasında bir körpə və 10 yaşlı qız var, onlardan altısı xəstəxanaya yerləşdirilib.

Rusiyanın bazar günü Ukraynanın cənubunda Xerson vilayətində kəndi atəşə tutması nəticəsində 10 yaşlı uşaq və iki yeniyetmə də daxil olmaqla, daha səkkiz dinc sakin yaralanıb, yerli rəsmi Roman Mroçko bildirib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan milyonlarla insan qonşu ölkələrə qaçmağa məcbur olub. Donetsk üzərində bütünlüklə nəzarəti ələ keçirmək Kremlin əsas hərbi məqsədlərindən biridir.

Rusiya qüvvələri Donetsk vilayətində qərbə doğru Pokrovsk və Kuraxovo şəhərləri istiqamətində irəliləyərkən uğur qazanmağa davam edib. Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, hərbi qüvvələr Pokrovskdan təxminən 30 kilometr şərqdə iki qonşu Prohres və Evgenyevka kəndlərinə nəzarəti ələ keçirib. Bir gün əvvəl Moskva bu ay bölgədə ələ keçirdiyini bildirdiyi onlarla kənddən biri olan yaxınlıqdakı Lozovatskoye kəndini ələ keçirdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bazar günü səhər saatlarında gecə ərzində Rusiya ərazisi üzərində Ukraynanın yeddi dronunun vurulduğunu bildirib. Region rəsmiləri isə Rusiyanın cənubunda dron zərbəsinin neft anbarının alovlanmasına səbəb olduğunu deyib. Regionun qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun sözlərinə görə, yanğınsöndürənlər bazar günü səhər Kursk vilayətində üç yanacaq çəninin alışmasından sonra yanğınla mübarizə aparıblar. Smirnov xəsarət alanın olmadığını deyib.

Forum

XS
SM
MD
LG