Parisdə Olimpiya Oyunları başlayan bir vaxt təxribatçıların qatar şəbəkəsini iflic etməsindən bir gün sonra Fransanın 10 sürətli qatarından 7-si şənbə günü üç əsas marşrut üzrə hərəkəti bərpa edir.
Cümə gününə keçən gecə olimpiadanın açılış mərasiminin keçirildiyi Parisin şimalında, cənub-qərbində və şərqində kabel qutularının yandırılması məsuliyyətini üzərinə götürən olmayıb.
SNCF dəmir yolu şirkətinin bildirdiyinə görə dəmiryolu əməkdaşları dördüncə nöqtəyə hücum cəhdinin qarşısını ala biliblər.
"Şimal, Brittani və Cənub-Qərb sürətli xətlərdə orta hesabla 10 qatardan 7-si bir saatdan iki saata qədər gecikmələrlə işləyəcək", SNCF-nin bəyanatında deyilir.
Bildirilib ki, SNCF agentləri təxribat aktlarından təsirlənən tam surətli xətlərdə hərəkəti yaxşılaşdırmaq üçün bütün gecəni yağışda çətin şəraitdə çalışıblar.
SNCF cümə günü təxminən 250 min sərnişinin təxribatdan təsirinə məruz qaldığını təxmin etdi. Rəsmilərin bildirdiyinə görə, üç gün ərzində təxminən 800 min sərnişin səfərlərinə təsir olacaq.
Koordinasiya edilmiş təxribat hücumları cümə günü səhər saat 4-də həyata keçirilib.
Forum