“Rabitə və Telekommunikasiya İşçiləri Kapital Şirkəti”nin bir sıra əməkdaşı Təbrizdə Telekommunikasiya İdarəsinin qarşısında piket keçirib.
İLNA (Iranian Labour News Agency) agentliyinin məlumatına görə, iyulun 23 və 24-də keçirilən aksiyada işçilər maaşların az olması, sığorta haqqının ödənilməməsi, vəzifə təsnifatının yerinə yetirilməməsi və digər problemlərə etirazlarını bildiriblər.
Etiraz edən əməkdaşlar hesab edirlər ki, şirkətdə işçilərə qarşı haqsızlıq edilir və şirkətin məsul şəxsləri bütün işçilərə eyni münasibət göstərmirlər.
Məşğulluq təminatının olmaması, işəgötürən tərəfindən sığorta haqqının ödənilməməsi, maaşların az olması, müavinətlərin davamlı olaraq ödənilməməsi, son iki ildə işdən çıxma borclarının ödənilməməsi kimi məsələlər piket keçirən işçilərin etiraz etdiyi əsas problemlərdir.
Son illərdə İranda işçi etirazlarının sayı artmaqdadır. Bu etirazlar əsasən iqtisadi çətinliklər, ödənilməmiş maaşlar, pis iş şəraiti, fabrik və şirkətlərin özəlləşdirilməsi kimi məsələlərlə bağlıdır. İnflyasiyanın yüksəlməsi və milli valyutanın devalvasiyası işçilərə əlavə iqtisadi təzyiqlər yaradaraq narazılığı və etirazları artırıb.
Forum