Accessibility links

Fəal Möhyəddin Orucovun işi üzrə məhkəmə prosesi keçirilib


Möhyəddin Orucov
Möhyəddin Orucov

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun işi üzrə hazırlıq iclası keçirilib. İşçi Masası hakim Rasim Sadıqovun sədrliyi ilə keçirildiyi prosesdə bir sıra qanunsuzluqlar olduğunu bildirib.

"Məhkəmə ictimaiyyət üçün açıq olsa da, Möhyəddinin anasından başqa prosesə gələn digər insanları məhkəmə zalına buraxmadılar. Üzvümüz məhkəmədə şüşə qəfəsdə saxlanılsa da, onun qolundakı qandalı açmayıblar. Həmçinin, vəkil Nazim Musayev ittiham aktı ilə bağlı verdiyi şikayətlərə görə hakim tərəfindən xəbərdarlıq alıb. Məhkəmə prosesinin başlanmasına baxmayaraq, ittiham aktı hələ də hazır deyil", deyə Konfederasiyanın yaydığı məlumatda deyilir.

Növbəti məhkəmə prosesi iyulun 30-a təyin olunub.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Azərbaycanda işçi haqlarını müdafiə etdiyinə görə İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının digər 3 üzvü də həbs olunub.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov
Ayxan İsrafilov

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Mustafayev
Elvin Mustafayev

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq- silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov

olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o
cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər

Forum

XS
SM
MD
LG