Accessibility links

Polis:İngiltərədə qadın və qızlara qarşı zorakılıq "fövqəladə hal" alıb


Maqqe Blit
Maqqe Blit

“İngiltərə və Uelsdə qadınlara və qızlara qarşı zorakılıq "milli fövqəladə haldır" və hər gün təxminən 3000 cinayət qeydə alınır”, polisin çərşənbə axşamı dərc etdiyi yeni hesabatında xəbərdarlıq edilib.

İki hüquq-mühafizə orqanının sifarişi ilə aparılan araşdırma hər 12 qadından ən azı birinin hər il qurban olacağını təxmin edir və dəqiq rəqəmin daha çox olacağı gözlənilir.

"Qadınlara və qızlara qarşı zorakılıq milli fövqəladə haldır" - deyə, yüksək səviyyəli polis rəisi Maqqe Blit hesabatı şərh edərkən bildirib.

Araşdırma 2022-2023-cü illərdə polis tərəfindən qadınlara və qızlara qarşı bir milyondan çox zorakılıq cinayətinin qeydə alındığını müəyyən edib. Onlar İngiltərə və Uelsdə 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər fırıldaqçılıq istisna olmaqla, polis tərəfindən qeydə alınan bütün cinayətlərin yalnız beşdə birini təşkil edib.

Hesabatda 2018-2019-cu illər və keçən il arasında qadınlara və qızlara qarşı zorakılığın 37% artdığı, məişət zorakılığının polisə qarşı ən böyük tələblərdən biri olduğu bildirilib. Araşdırma əlavə edib ki, İngiltərə və Uelsdə hər 20 yetkin insandan biri və ya 2,3 milyon insan hər il qadınlara və qızlara qarşı cinayət törədəcək.

"Bunlar ehtiyatlı təxminlərdir, çünki biz bilirik ki, bir çox cinayətlər qeydə alınmır və polisdə biz çox vaxt aysberqin yalnız ucunu görürük" - deyə, Blt bildirib.

O, qadınlara qarşı zorakılığın "epidemiya səviyyəsinə çatdığına" dair xəbərdarlıq edib və hökuməti "aşmış" cinayətlərlə bağlı ədliyyə sisteminə müdaxiləyə çağırıb.

Hesabatda 2013-2022-ci illər arasında uşaqların cinsi istismarı və onlara qarşı cinayətlərin 435% artaraq 20 000-dən 107 000-ə qədər artdığı deyilir. Cinayət törədənlərin cavanlaşdığı, şübhəlinin orta yaşının indi 15 olduğu ifadə edilib. Hesabatda deyilir ki, təqib və internetlə bağlı cinayətlər 85 faiz təşkil edir.

Britaniyanın Daxili İşlər Nazirliyi ötən ilin fevralında qadınlara və qızlara qarşı zorakılığı ictimai təhlükəsizliyə milli təhdid elan edib. Hesabatda 2022-ci ilin dekabrından 2023-cü ilin dekabrınadək olan dövrdə yetkinlərin zorlanmasına görə ittihamların 38% artdığı, keçən il ərzində 4500-dən çox məmur zorlama və ciddi cinsi cinayətləri araşdırmaq üçün təlimlərdən keçib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG