Accessibility links

Kamala Harris prezidentliyə iddialı qismində debüt nitqini söylədi


ABŞ Vitse-Prezidenti Kamala Harris Demokrat Partiyasının seçki qərargahında çıxış edir. Vilminqton, Delavar, ABŞ. 22 iyul, 2024.
ABŞ Vitse-Prezidenti Kamala Harris Demokrat Partiyasının seçki qərargahında çıxış edir. Vilminqton, Delavar, ABŞ. 22 iyul, 2024.

Vitse-Prezident Kamala Harris seçki yarışından çəkilən Prezident Co Baydenin dəstəyini aldıqdan bir gün sonra Delavar ştatında seçki kampaniyasının qərargahında auditoriya alqışları ilə qarşılanan nitq söyləyib.

Qərargah işçilərinə hər kəsin öz mövqeyində fəaliyyətini davam etdirəcəyinə əmin etdikdən sonra o, Respublikaçı prezidentliyə namizəd Donald Trampı tənqid edib.

Kaliforniya ştatında prokuror kimi fəaliyyətini xatırladan Kamala Harris deyib ki, o, hər cür qanun pozucusu ilə üz-üzə gəlib.

“Qadınları əzən cinayətkarlar, müştəriləri soyan fırıldaqçılar, oyun qaydalarını pozan cığallar,” Harris sadalyıb. “Odur ki, eşidin: Mən Donald Trampın tipini bilirəm.”

Namizəd olaraq ilk günündə Harris $81 milyon dollar ianə toplayıb. Bu, 24 saat ərzində ABŞ tarixində prezidentliyə namizəd üçün rekord rəqəm təşkil edir.

Nəhəng rəqəm həm də Demokrat Partiyasında vətəndaş səviyyəsində əmələ gələn entusiazmın əlamətidir.

Pul ianə edənlərin 60 faizi birinci dəfədir ki, 2024-cü ildə siyasi kampaniyaya ianə etdiklərini bildiriblər.

Bir günün içərisində Kamala Harris 40 Demokrat senatorun və 100 nümayəndənin prezidentliyə dəstəyini qazanıb.

CNN məlumat verir ki, Demokrat Milli Qurultayına seçilmiş nümayəndələrin mütləq əksəriyyəti Harrisin namizədliyinə səs vermək əzmindədir. Nazmizədlik uğrunda mübarizəni udmaq üçün 1976 qurultay nümayəndəsinin səsi tələb olunur ki, Harrisin bundan da çox dəstəyə malik olduğu güman edilir.

Co Bayden noyabr ayında keçiriləcək prezident seçkilərindən geri çəkildiyini elan etdikdən az müddət sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Baydenin vəzifəsindən istefa verməsini tələb edib.

“Əyri Co prezidentliyə yaramırdı və qətiyyən yaramır – Heç vaxt da olmayıb!” - deyə, Tramp sosial mediada yeni maliyyə vəsaitinin toplanması ilə bağlı verdiyi açıqlamasında bildirib.

Tramp Baydeni "ölkəmizin tarixində indiyə qədərki ən pis prezident" adlandırıb və Bayden "yarışı tam biabırçılıqla tərk edib" deyib.

Ötən həftə Respubilkaçıların Milli Qurultayında partiyanın prezidentliyə namizədlyini rəsmən qəbul etmiş Donald Trampın vitse-prezidentliyə namizəd tərəfdaşı Ohayo senatoru J.D. Vansdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG