Şərqi Azərbaycan vilayətinin ədliyyə sisteminin 14 əməkdaşı rüşvətxorluq ittihamı ilə həbs edilib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Ədliyyənin Mühafizə və Kəşfiyyat Mərkəzinin rəhbəri Abdullahi dəstə üzvləri adlandırdığı bu şəxslərin vilayətin məhkəmə sistemində müxtəlif yollarla rüşvət aldığını və qanunsuz sərvət əldə etdiklərini bildirib.
O, bu xəbəri Ədliyyə sisteminin baş hakimi Qulamhüseyn Möhsüni Ejei-nin də iştirak etdiyi Ədliyyə Ali Şurası iclasında bildirib.
Xəbərdə həbs edilən insanların kimliyindən, işlədikləri məhkəmələr və məsuliyyətindən bəhs edilmir.
İranda ədliyyə işçilərinin korrupsiya ittihamı ilə həbs edilməsi əvvəllər də dəfələrlə baş verib.
Bəzi siyasi fəallar İran İslam Respublikasının məhkəmə sistemində korrupsiyanın yayılmasını tənqid ediblər.
Forum