Məxfi Xidmətin rəhbəri Kimberli Çitl Konqresdəki dinləmələrdə Donald Trampın seçki kampaniyası zamanı atəş açılmasını onun agentliyinin uğursuzluğu olduğunu bildirib.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin dinləmələrində əsas sual iyulun 13-də keçirilən siyasi mitinq zamanı Məxfi Xidmətin Trampa qarşı sui-qəsdin qarşısını niyə almamasıdır.
“Biz uğursuz olduq. Məxfi Xidmətin direktoru kimi mən bütün təhlükəsizlik pozuntularına görə məsuliyyəti öz üzərimə götürürəm. İyulun 13-də keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi Məxfi Xidmətin onilliklər ərzində ən böyük uğursuzluğudur”, Çitl etiraf edib.
Respublikaçıların departamentin Trampı qorumaq üçün resurslar ayırmaqdan imtina etməsi ilə bağlı ittihamlarına cavab olaraq, o, hadisədən əvvəl onun təhlükəsizliyinin gücləndirildiyini deyib.
"Keçmiş prezidentə verilən təhlükəsizlik səviyyəsi seçki kampaniyasından xeyli əvvəl artırılıb və təhdidlər edildiyi kimi artmaqdaa davam edib" - detə, o bildirib.
Bəzi Respublikaçılar, xüsusən Nümayəndələr Palatasının spikeri Mayk Conson və Respublikaçı azlığın lideri Mitç Makkonnell Çitlin istefasını tələb edir.
FTB direktoru Kristofer Urey çərşənbə günü Nümayəndələr Palatasının Ədliyyə Komitəsi qarşısında ifadə verəcək.
Xatırladaq ki, iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində seçki kampaniyası zamanı Tramp qulağından yaralanın. Mitinq iştirakçılarından biri həlak olub, digəri isə yaralanıb. Atıcı olduğu iddia edilən iyirmi yaşlı qocalar evinin işçisi Tomas Kruks hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnərək öldürülüb.
Bəzi millət vəkillərinin fikrincə, hücumçunun yaxınlıqdakı binanın damında rahat atəş mövqeyi tuta bilməsinin səbəbi Çitlin rəhbərlik etdiyi təhlükəsizlik agentliyinin işindəki nöqsanlar olub.
Nümayəndələr Palatasının Ədliyyə Komitəsi keçən həftə bildirib ki, Məxfi Xidmətin kadr çatışmazlığı səbəbindən mitinqi qorumaq üçün kifayət qədər vəsaitə malik olmadığını göstərən sübutlar var. İddia olunur ki, birinci xanım Cil Baydenin iştirakı ilə Pitsburqda keçirilən kampaniya tədbirinin və bir neçə gün əvvəl Vaşinqtonda keçirilən NATO sammitinin qorunması zərurəti yaranıb.
Forum