Accessibility links

Həftə sonu İranda azı 10 nəfər edam edilib


Hüquq müdafiəçiləri həftə sonu İranda azı 10 edam məhkumunun hökmünün icrasına dair məlumat yayıblar.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) və HRA agentliyinin yaydığı məlumata görə, edam hökmləri şənbə və bazar günləri Kərəcin Qızılhasar həbsxanası, eləcə də Şiraz və Kirmanşah şəhərlərində icra olunub.

Bazar günü Qızılhasarda asılan şəxslərin daha əvvəl narkotik maddə qaçaqmalçılığı və qətl ittihamı ilə ölüm cəzasına məhkum olunduqları bildirilib.

Edam olunanlardan Davud Bərahuyi, Səid Məhəmmədur və Mehdi Ələkbərinin adları açıqlanıb.

IHR təşkilatı asılan məhkumlardan azı ikisinin etnik bəluç olduğunu bildirib.

Bazar günü iki edam hökmü də Kirmanşahın mərkəzi həbsxanasında tətbiq olunub. Hüquq-müdafiə qurumunun bildiriyinə görə, hər iki məhkum ayrı-ayrı işlərdə qətl ittihamı ilə mühakimə olunmuşdular.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Kirmanşahda edam edilən Danyal Kazıminejad bir İslam İnqilabı Qvradiyası (Sepah) üzvünün öldürmək ittihamından ölüm cəzası almışdı.

Şirazın mərkəzi həbsxanasında isə biri qadın olmaqla, 4 məhbusun ölüm cəzası şənbə günü səhər saatlarında icra edilib. Şirazda asılanların daha əvvəl ayrı-ayrı məhkəmə işlərində qətl və təcavüz aktları ilə əlaəqdar edama məhkum olunduqları bildirilib.

İran höküməti xüsusilə keçən aprel ayından başlayaraq öz hüquqi normalarından da kənara çıxaraq edam hökmlərinin tətbiqini rekord həddə çatdırıb.

Forum

XS
SM
MD
LG