Accessibility links

İlklərə imza atmış Kamala Harris prezidentliyə namizəd ola bilər  


İlklərə imza atmış Kamala Harris prezidentliyə namizəd ola bilər
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Kamal Harris Amerikanın ilk qadın vitse-prezidenti olaraq Demokrat Partiyasından prezidentliyə namizədə çevrilə bilər. Onun siyasətdə dərin kökləri var və son dörd ildə ümummilli miqyasda vəzifə tutub.

2021-ci il – ABŞ-da tarixi anlar…

…və sabiq Senator Kamala Harris ölkənin ilk qadın vitse-prezidenti oldu.

Kamala Harris, ABŞ vitse-prezidenti: “Mənim üçün əvvəl gələnlərin çiyində durmaq, burada olmaq şərəfdir.”

Harris həmçinin ölkənin ikinci ən yüksək vəzifəsində xidmət edən ilk qara və hindistanlı amerikalıdır.

Barbara Li, Demokrat Konqres üzvü: “O, çoxlu qadınlar üçün yeni cığırlar açıb.”

Hindistanlı ana və Yamaykalı atanın qızı olan Harris Kaliforniyanın Oakland şəhərində doğulub. Vaxtikən irqi inteqrasiya səylərinin tərkib hissəsi olaraq xüsusi avtobuslarla daşındığı uşaqlıq məktəbinin divarında Harrisin şəkli əks olunur.

Hovard Universitetini bitirən Harris 2004-cü ildə San Fransiskoda ilk qadın dairə prokuroru olub və 2011-ci ildə o, Kaliforniyanın ilk qara qadın baş prokuroru olub.

Vitse-Prezident olaraq Harris Ali Məhkəmənin abortu leqallaşdırmış Roe v. Wade adlı əvvəlki məhkəmə qərarını ləğv etməsini sərt tənqid edib. Öz hakimiyyəti dönəmində sabiq prezident Donald Tramp üç mühafizəkar hakimi Ali Məhkəməyə təyin etmişdi.

Kamala Harris, ABŞ vitse-prezidenti: “O, fəxrlə - və özü “fəxr” sözünü işlədir - Roe qərarını ləğv etməsi ilə öyünür. Odur ki, heç yanılmayın - əgər Tramp yenidən imkan əldə etsə, hər bir ştatda abortu yasaqlayacaq ümummilli aborta qadağasına imza atacaq.”

Vitse-Prezident həmçinin Əlçatan Səhiyyə Aktının davam etməsini və Bayden administrasiyasının nail olduğu diabet xəstəliyinə qarşı insulin maddəsinin ucuzlaşdırılmasını alqışayıb.

Kamala Harris, ABŞ vitse-prezidenti: “Kimin ailəsində diabet xəstəsi varsa, əlini qaldrısın.”

O, administrasiyanın sərhədlə bağlı səylərinə rəhbərlik edib. Amma 2024 seçkilərində immiqrasiyanın əsas mövzu olması, onları müdafiəyə çəkilməyə məcbur etdi.

Kamala Harris, ABŞ vitse-prezidenti: “İndi, Amerika vətəndaşlarının bu ölkədə 10 yaxud daha uzun sənədsiz həyat yoldaşları ölkədə qalıb daimi yaşayış üçün müraciət edə bilərlər.”

Asiyalı-Amerikalılar, Havay və Saki Okean adaları əsillilər kimi mühacirətə dəstək verən qruplar qarşısında çıxış edən Harris diqqəti Donald Trampın sözlərinə yönəldib.

Kamala Harris, ABŞ vitse-prezidenti: “O şəxs ki, mühacirlərə iftira yaxır, ksenofobiyanı təşviq edir, və nifrət toxumu səpir, həmin adam heç zaman Birləşi Ştatlar prezidenti möhürünün qarşısında çıxış etməməlidir.”

İyunda Co Bayden sabiq prezident Donald Trampla debatda büdrədikdən sonra kampaniya nümayişlərində Harris daha çox aktivlik nümayiş etdirməyə başlayıb.

Kamala Harris, ABŞ vitse-prezidenti: “Biz Trampı bir dəfə məğlub etmişik və onu yenidən məğlub edəcəyik. Nöqtə.”

Baydenin bazar günü seçkidən çəkilməsi ilə, əgər Harris nominasiyanı qazanarsa, onda ilk qara və Hindistan əsilli amerikalı qadın kimi prezidentlik yarışına qatılmaqla tarix yazacaq.

Kamala Harris, ABŞ vitse-prezidenti: “Tanrı sizi qorusun, və Tanrı Amerika Birləşmiş Ştatlarını qorusun!”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG