Bazar günü prezident seçkilərnə qatılmayacağını elan edən ABŞ Prezidenti Co Bayden Vaşinqtonda az qala yarım əsr xidmət göstərib. Onun tutduğu siyasi vəzifələrə Senat, Vitse-Prezidentlik və nəhayət Prezidentlik daxildir.
Bayden yanvarda Ağ Evi tərk edəndə az qala bütün karyerasını siyasətdə keçirmiş adam kimi tarixə düşəcək. Noyabrda 82 yaşı tamam olacaq Bayden bəzi Demokrat həmkarlarının yaşadığı illərdən çox siyasətlə məşğul olub.
Baydenin yaşı ilə bağlı suallar onun karyerasının son mərhələsini təşkil edir.
1972-ci ildə o, 29 yaşında Senat kürsüsü uğrunda qeyri-bərabər yarışda qalib çıxanda Demokratları təəccübləndirmişdi. Senator olmaqla Bayden Amerika tarixində altpıncı ən gənc senator olmuşdu.
İndi ahıl yaşda olması Demokrat liderlərin onu noyabrda kçiriəcəlk səsvermədən çəkilməyə çağırışına başlıca səbəb idi. Belə ki, rəy sorğuları əksər amerikalıların onun növbəti dönəmə prezident olması üçün xeyli yaşlı olduğunu fikirləşdiyini göstərir.
2020-ci ildə uğurlu prezident seçkilərindən öncə Bayden 1988 və 2008-ci illərdə Demokrat partiyasının prezidentliyə namizədliyi uğrunda mübarizə aparmış və məğlub olmuşdu.
2020-ci ildə o, Trampı seçkilərdə məğlub etdikdən sonra Respublikaçı namizəd Baydenin qələbəsini tanımaqdan imtina etmiş və saxta olaraq seçkilərin qanun pozuntuları ilə müşayiət olunduğunu iddia etmişdi.
Bayden həmin seçkilərdə rəqabətcil ştatlarda qələbə çalaraq 306:232 nisbətdə elektoral kollegiyanın səsini toplamışdı.
Bayden Trampdan yeddi milyon artıq səs toplamışdı, ancaq Birləşmiş Ştatlarda prezidentlər ümummilli səsverməni qazanmaqla yox, fərdi ştatlardakı seçkiləri udmaqla vəzifəyə seçilirlər. Bu sistemə əsasən, ən çox əhaliyə malik olan ştatlar həm də ən çox elektoral kollegiya səslərinə malik olurlar.
2021-ci il yanvarın 20-də prezident olanda Baydenin 78 yaşı var idi. Onun rəqibi Tramp isə 2017-ci ildə Oval Ofisə 70 yaşında daxil olmuşdu.
Forum