Accessibility links

Rusiya və Belarus vətəndaşları casusluqla bağlı narahatlıqlar fonunda Olimpiadada iştirak etmək üçün viza verilməyənlər arasındadır


Parisdə keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunları ərəfəsində Olimpiada halqaları ilə bəzədilmiş Eyfel qülləsindən ayrılan taksi sərnişinləri foto çəkirlər, 17 iyul 2024.
Parisdə keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunları ərəfəsində Olimpiada halqaları ilə bəzədilmiş Eyfel qülləsindən ayrılan taksi sərnişinləri foto çəkirlər, 17 iyul 2024.

Fransanın daxili işlər naziri Jerald Darmanen həftəlik “Le Journal du Dimanche” qəzetinə bildirib ki, Fransa 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq istəyən 100-ə yaxın jurnalist, terapevt və texniki işçiyə casusluqla bağlı narahatlıqlar fonunda viza verməkdən imtina edib. Onun sözlərinə görə, bu əsaslarla viza verilməyənlər arasında Rusiya və Belarus vətəndaşları var.

Yüz minlərlə xarici ölkə vətəndaşını cəlb edən oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Darmanen Fransanın həmçinin oyunlar zamanı kiberhücumlardan narahat olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin rəhbəri Beynəlxalq Olimpiya Komitəsində çalışan rusiyalıların Oyunlarda iştirakına icazə verildiyini qeyd edib.

Rusiya və Belarus komandalarının Yay Olimpiya Oyunlarında iştirakına qadağa Rusiyanın Ukraynaya Belarusun dəstəklədiyi hərbi müdaxiləsinə cavab olaraq qoyulub.

Darmanen həmçinin bildirib ki, Fransa rəsmiləri heç bir risk yaratmadıqlarından əmin olmaq üçün Olimpiadaya getməyi planlaşdıran bir milyona yaxın insanı yoxlayıblar. Radikal cərəyanlarla əlaqədə olmaqda şübhəli bilinən, dövlət təhlükəsizliyinə təhlükə törədə bilən, ultra sol və ya ultrasağçı təşkilatların üzvü olan 4 mindən çox insan Olimpiya Oyunlarına buraxılmayıb.

Parisdə Olimpiya Oyunlarında Rusiyanın 15 və Belarusun 16 idmançısı neytral statusda iştirak edəcək.

Beynəlxalq Olimpiya Komitəsi keçən ilin dekabrında Rusiya və Belarus idmançılarına Olimpiadada neytral statusda iştirak etməyə icazə verib. Olimpiadada iştirak üçün qəbul kriteriyalarında Rusiya və Belarus pasportu olan idmançıların yalnız fərdi şəkildə neytral atletlər kimi yarışa biləcəyi göstərilir. Komandaların yarışmasına icazə verilmir.

İdmançıların və onlarla işləyən personalın Rusiyanın Ukraynaya qarşı təcavüzünü fəal şəkildə dəstəklədiyi və ya ölkələrinin hərbi və ya təhlükəsizlik qüvvələrinin üzvü olduğu halda iştirakına icazə verilmir.

Olimpiadada iştirak etmək üçün Rusiya idmançılarına ümumilikdə 54 kvota ayrılıb. 21 idmançı icazə verilsə də, Oyunlarda iştirakdan imtina edib. Onların arasında güləşçilər və cüdoçular var.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG