Accessibility links

Tramp Zelenskiyə yenidən ABŞ prezidenti seçiləcəyi halda müharibəni bitirəcəyini deyib


Sabiq prezident Donald Tramp dəfələrlə yenidən prezident seçiləcəyi halda Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoyacağını bildirib. Cümə günü o, bu vədi telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə verib.

Respublikaçı prezidentliyə namizəd özünün Truth Sosial platformasındakı paylaşımında "çox insanın həyatına son qoyan və saysız-hesabsız günahsız ailələri viran qoyan müharibə" ilə bağlı danışmaq üçün onunla əlaqə saxlayan prezident Zelenskiyə təşəkkür edib.

Tramp Ukrayna ilə Rusiya arasında sülhə nail olmaq üçün konkret siyasət təklif etməyib.

Zelenski keçən ay Rusiyanın dəvət olunmadığı sammitdə sülh planı təklifini təqdim edib. Onun planı rus qoşunlarının çıxarılmasını və Ukraynanın 1991-ci ildəki postsovet sərhədlərinin bərpasını nəzərdə tutur.

Zelenski Rusiya qoşunlarının Ukraynada qaldığı müddət müharibənin dayandırılması ilə bağlı heç bir danışıqlar aparılmayacağı ilə bağlı mövqeyində qətidir.

O, sosial şəbəkədəki paylaşımında Trampla söhbətini təsdiqləyib: “Mən millətimizin azadlığını və müstəqilliyini qorumaq üçün Amerikanın ikipartiyalı və ikipalatalı həyati əhəmiyyətli dəstəyini qeyd etdim”.

Ukrayna lideri həm də təxminən bir həftə əvvəl Trampın həyatına sui-qəsdi cəhdini pisləyib. "Mən ona güc və gələcəkdə mütləq təhlükəsizlik arzulayıram", - Zelenski bildirib.

"Ukrayna Rusiya terroruna qarşı müqavimət qabiliyyətimizi gücləndirməkdə göstərdiyi köməyə görə ABŞ-a həmişə minnətdar olacaq. Rusiya şəhər və kəndlərimizə hücumları hər gün davam edir", Zelenski deyib.

Tramp Rusiyanın işğalına qarşı mübarizədə ABŞ-ın Ukraynaya verdiyi maliyyə və digər dəstəyi tənqid edib.

Trampın noyabr seçkilərində vitse-prezidentliyə namizəd kimi seçdiyi Ohayo ştatından senator J.D. Vans Ukrayna-Rusiya münaqişəsində nə baş verdiyinə əhəmiyyət vermədiyini bildirib.

Tramp həmçinin tez-tez Rusiya prezidenti Vladimir Putini tərifləyib. Ukraynanın müttəfiqləri arasında sabiq prezidentin seçiləcəyi təqdirdə ABŞ-ın Ukraynaya dəstəyinin davam edib-etməyəcəyi ilə bağlı narahatlıqlarını artırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG