Accessibility links

Senator J.D. Vans Respublikaçıların vitse-prezidentliyə namizədliyini rəsmən qəbul etdi


Ohayo ştatını təmsil edən Senator J.D. Vans Respublikaçıların Milli Qurultayında çıxış edir. Miluoki, Viskonsin, ABŞ. 17 iyul, 2024.
Ohayo ştatını təmsil edən Senator J.D. Vans Respublikaçıların Milli Qurultayında çıxış edir. Miluoki, Viskonsin, ABŞ. 17 iyul, 2024.

Vitse-prezidentliyə namizəd J.D. Vans Respublikaçıların Milli Qurultayının üçüncü günündə söylədiyi nitqdə rəsmən namizədliyi qəbul etdiyini bəyan edib.

Bu nitqdə Vans uşaqlıq illəri haqda danışmış və Prezident Co Baydenin siyasətini tənqid etmişdir.

Onun sözlərinə görə, Bayden onun boya-başa çatdılğı Ohayo ştatı icmalarının mənafelərinə zidd olub.

“Necəsə, Donald Tramp adlı Nyu York şəhərindən olan daşınmaz əmlak biznesmeni bütün bu məsələlərdə haqlı olub, ancaq Bayden səhv,” Vans bildirib. “Bayden işləri korlayanda mənim icmam bunun bədələni ödəyib.

Vans bildirib ki, ölkəyə “Amerikanı birinci yerə qoyan” lider lazımdır.

Vans mərkəzi Ohayo ştatının Middletaun qəsəbəsində 1984-cü il, 2 avqustda anadan olub və uşaqlığının bir hissəsini Kentaki ştatında keçirib.

O, boya-başa çatma illərini bestsellerə çevrilmiş Hillbilly Elegy adlı memuarında əks etdirib.

2003-2007-ci illərdə ABŞ hərbi dəniz qüvvələrində xidmət etmiş J.D. Vans daha sonra Ohayo ştat universitetində və Yale hüquq məktəbində təhsil alıb. Siyasətə qoşulmazdan öncə o, bizneslə məşğul olub.

Çıxşında Vans vurğulayıb ki, ölkəyə elə bir lider lazımdır ki, “əməkçiyə, həmkarlar ittifaqı üzvünə, yaxud üzv olmayanlara cavab versin”. Onun sözlərinə görə Tramp belə bir şəxsdir.

“Mənim işim mənə öyrədib ki, Amerikanın ürəyində çoxlu istedad və qabiliyyət var. Ancaq bu yerlərin çiçəklənməsi üçün bizə bu ölkəni qurmuş xalq üçün döyüşən lider lazımdır,” Vans deyib.

Çümə axşamı - qurultayın sonuncu günündə Donald Trampın çıxış edərək Respublikaçılar partiyasının prezidentliyə namizədliyini qəbul edəcəyi gözlənilir.

Demokratlar partiyasının qurultayı 19-22 avqustda Çikaqo şəhərində keçiriləcək.

Partiyanın ehtimal olunan namizədi Co Bayden öz prezidentliyi dönəmində iqtisadi artımı, işsizliyin azalmasını və səhm bazarının yüksəlməsini əsas gətirib, Donald Trampı Amerika demokratiyasına hədə kimi qiymətləndirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG