Respublikaçı rəqibinə sui-qəsd cəhdindən sonra ilk seçki kampaniyasında prezident Co Bayden Donald Trampa hücumu ABŞ-ın irqi və silahlı zorakılığı ilə əlaqələndirərək amerikalılardan bunu hamılıqla qınamağa çağırıb.
Çərşənbə axşamı Nevada ştatının Las-Veqas şəhərində qaradərili seçicilərə “Hamımızın hərarəti aşağı salmaq və istənilən formada zorakılığı pisləmək kimi bir öhdəliyimiz var” deyib.
Amerika vətəndaş hüquqları təşkilatı Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiyanın konvensiyasında çıxış edən Bayden 2020-ci ildə ağdərili polis tərəfindən öldürülən Corc Floyd da daxil olmaqla, afroamerikalılara qarşı zorakılığı diqqət çəkib.
Şənbə günü Trampın Pensilvaniya seçki kampaniyasında bir nəfərin ölümünə və keçmiş prezident də daxil olmaqla, insanların yaralanmasına səbəb olanhücumdan sonra ilk dəfə olaraq Bayden silahlara nəzarəti gücləndirməyə və ABŞ-ın 2004-cü ildə müddəti bitmiş hücum silahlarına qadağasını yenidən canlandırmağa çağırıb.
Qələbəsini təmin etmək üçün qaradərililərin dəstəyinə çox ehtiyacı olan Bayden Trampın tez-tez istifadə etdiyi “Qaraların iş” ifadəsini ələ salaraq, keçmiş prezidentin afro-amerikalılar üçün əsas məsələlərdə apardığı siyasətə zidd danışıb.
“Mən qara işin nə olduğunu bilirəm. Bu, Birləşmiş Ştatların vitse-prezidentidir " deyib.
O, namizəd yoldaşı, qaradərili və Cənubi Asiya əsilli amerikalı vitse-prezident Kamala Harrisi tərifləyib.
Prezident həmin gün Black Entertainment Television-a verdiyi müsahibədə mesajını gücləndirib.
Çərşənbə günü Bayden Demokratlar üçün başqa bir əsas səsvermə bloku olan ispandilli seçiciləri qazanmaq üçün ölkənin ən böyük İspan vətəndaş hüquqları və müdafiə təşkilatı olan UnidosUS-a müraciət edəcək.
Bayden Konqresdəki Demokratların və partiyası daxilindəki nümayəndələrin yaşı və əqli kəskinliyi ilə bağlı narahatlıqlar üzündən kənara çəkilmək çağırışlarını rədd etməkdə davam edərək, Trampı məğlub etmək üçün ən yaxşı mövqedə olan demokrat olduğunu təkid edir.
FiveThirtyEight tərəfindən tərtib edilən müxtəlif sorğulardan əldə edilən məlumatlar göstərir ki, Tramp Nevada ştatında 4,7 faizlə liderdir.
Forum