Rusiya Müdafiə Nazirliyi çərşənbə günü ölkənin hava hücumundan müdafiə qüvvələrinin Bryansk, Belqorod və Voronej vilayətlərinə hücumlar və beş Ukrayna pilotsuz təyyarəsini məhv etdiyini bildirib.
Bryansk və Voronej rəsmiləri Telegram-da bildiriblər ki, pilotsuz təyyarələr vurularkən tələfat və ya dağıntı olmayıb.
Rusiyanın Ukraynanın şimal-şərqi ilə həmsərhəd olan Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bildirib ki, Ukrayna helikopteri yanğınsöndürmə məntəqəsini vurub, bir nəfər yaralanıb və bir neçə avtomobilə ziyan dəyib.
Ukrayna ordusu çərşənbə günü Rusiyanın dörd kəşfiyyat təyyarəsini məhv etdiyini bildirib. Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Rusiya hava hücumlarına həmçinin Odessa və Xerson bölgələrinə istiqamətlənmiş raketlər də daxildir.
Xerson qubernatoru Oleksandr Prokudin çərşənbə günü Telegram-da bildirib ki, ötən gün ərzində Rusiya hücumları azı 7 nəfərin yaralanmasına və 20-dən çox yaşayış binasına ziyan dəyməsinə səbəb olub.
Çərşənbə günü Xarkiv vilayətinin rəsmiləri də Rusiyanın atəşi nəticəsində yaşayış binalarına zərər dəydiyini bildiriblər.
Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram-da Rusiyanın əraziyə artilleriya atəşi və pilotsuz kamikadze təyyarələri ilə hücum etdiyini, lakin xəsarət alanların olmadığını bildirib.
Forum