Sabiq prezident Donald Trampın vitse-prezidentliyə namizəd seçdiyi 39 yaşlı J.D. Vans 2016-cı ildə "Hillbilly Elegy" (Kəndli elegiyası) adlı memuarının nəşri ilə ölkədə şöhrət qazanıb.
O, 2022-ci ildə Senata seçilib və keçmiş prezidentin “Amerikanı yenidən möhtəşəm et” gündəminin, xüsusən də ticarət, xarici siyasət və immiqrasiya mövzularında ən sadiq müdafiəçilərindən birinə çevrilib. Milli siyasətdə təcrübəsi olamayan Vans qeyri-adi bir anda Tramp siyahısına qoşulub.
Şənbə günü mitinqdə Trampa sui-qəsd cəhdi kampaniyanı sarsıdaraq, ölkənin kobud siyasi ritorikasına yeni diqqəti cəlb edib və prezidentdən bir addımlıqda olanların əhəmiyyətini gücləndirib.
Vans X-də zorakılıqda prezident Co Baydenin günahkar olduğunu irəli sürən bir yazısından sonra tənqidlərlə üzləşib.
"Bayden kampaniyasının mərkəzi müddəası ondan ibarətdir ki, prezident Donald Tramp nəyin bahasına olursa olsun dayandırılmalı olan avtoritar faşistdir. Bu ritorika birbaşa prezident Trampın sui-qəsd cəhdinə səbəb olub” - deyə, Vans yazıb.
"
Hillbilly Elegy"də Vans Demokratik Partiyadan uzaqlaşan Appalaçelərin icmalarında yaşayan bir çox sakinin gündəlik əziyyətlərindən qopduğunu yazıb. Kitab bestseller olsa da, bəzən kənd həyatını həddindən artıq sadələşdirməyə və müasir siyasətdə irqçiliyin rolunu görməməzliyə vurduğuna görə də tənqid edilib.
Trampın siyasi karyerasının ilkin mərhələlərində Vans onu “tam saxtakar”, “mənəvi fəlakət” və “Amerikanın Hitleri” kimi qələmə verirdi. Lakin Tramp dövründə aktuallıq axtaran bir çox respublikaçı kimi Vans da sonda tonunu dəyişib. O, Trampın vəzifədə göstərdiyi performansla səhv olduğunu sübuta yetirdiyini və onun ən möhkəm müdafiəçilərindən birinə çevrildiyini deyib.
Vans bu yaxınlarda Fox News kanalına deyib: "Onun yaxşı prezident olacağını düşünmürdüm". "O, böyük prezident oldu. Onun ikinci müddətə seçilməsinə əmin olmaq üçün çox çalışmağımın səbəblərindən biri də budur".
Vans 2022-ci ildə Senata namizədliyi zamanı etdiyi dönüşə görə mükafatlandırılıb və Trampın təsdiqini alıb. O, Trampın oğlu Donald oğulla yaxındır. Vans indi ona qarşı cinayət təqiblərinin və mülki hökmlərin legitimliyinə etiraz edən və 2020-ci il seçkilərinin nəticələrini şübhə altına alan Trampa sadiqdir.
Vansın doğulduğu Ohayo ştatının Middletaun şəhərindəki çətin uşaqlığı Hollivudu ovsunlayıb. Ron Hovard onu 2020-ci ildə Emi Adamsın Vansın anası və Glenn Klozu sevimli "Mamo" rolunda oynadığı filmə çevirib.
Nənəsinin təşviqi ilə Vans İraq da daxil olmaqla, Dəniz Piyadaları Korpusunda xidmət göstərib. O, Ohayo Dövlət Universitetini və Yale Hüquq Məktəbini bitirib.
Forum