Senator Lindsi Graham bazar ertəsi Senatın Ədliyyə Komitəsinin sədri Dik Durbinə komitənin Respublikaçı üzvlərinin imzası ilə məktub göndərib.
Məktubda iyulun 13-də Pensilvaniyada keçirilən siyasi mitinqdə prezident Donald Trampa sui-qəsd cəhdi və başqalarının öldürülməsi və yaralanması ilə bağlı halların araşdırılması üçün dinləmələr tələb olunur.
Senatın Ədliyyə Komitəsi Məxfi Xidmətin, Daxili Təhlükəsizlik İdarəsinin və Federal Təhqiqat Bürosunun fəaliyyəti üzərində yurisdiksiya və nəzarət səlahiyyətlərinə malikdir.
“Prezident Donald Trampa sui-qəsd cəhdi, eləcə də dinc siyasi tədbirdə başqalarının öldürülməsi və yaralanması fonunda sizi bu faciəyə səbəb olan şəraitlə bağlı dinləmələr keçirməyə çağırırıq. Biz həmçinin şahid qismində ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitli, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas və Federal Təhqiqat Bürosunun direktoru Kristofer Reyi dəvət etməyinizi xahiş edirik”, məktubda deyilir.
Gizli Xidmət direktoru bazar ertəsi günortadan sonra virtual iclasda Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinə məlumat verməli idi, lakin to, bunun əxirə salınmasını istəyib. Bu barədə komitə üzvünün köməkçisi məlumat verib.
"Komitə Gizli Xidmətdən dərhal alternativ brifinq tarixi təqdim edəcəyini gözləyir" - deyə, köməkçi bildirib.
Gizli Xidmət çərşənbə axşamı Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvlərinə məlumat verməlidir.
Forum