Accessibility links

Senator J.D. Vans Respublikaçıların vitse-prezidentliyə namizədi olacaq


Respublikaçıların prezidentliyə namizədi Donald Tramp öz sosial media platformasında J.D. Vansı vitse-prezidentliyə namizəd seçdiyini elan etdikdən az sonra Senator J.D. Vans Respublikaçıların Milli Qurultayında rəsmən vitse-prezidentliyə namizəd seçilib.

Ohayo ştatını təmsil edən senatoru qurultay iştirakçılarına təqdim edən spikerlər onun tərcümeyi halı haqda məlumat verib və J.D. Vansı Trampın vitse-prezidenti olaraq layiqli tərəfdaşı kimi təsvir ediblər.

Həyat yoldaşı ilə qurultay zalına daxil olan J.D. Vans onu hərarətlə qarşılayan partiyadaşları ilə salamlaşıb və namizədliyini təsdiq edən səsvermədən sonra zalı tərk edib.

Bundan bir qədər öncə Donald Tramp Truth Social sosial media platformasında yazıb:

"Uzun qərarlaşma və düşüncədən sonra, bir çoxlarının böyük qabiliyyətlərini nəzərdən keçirərək qərara gəlmişəm ki, Birləşmiş Ştatların Vitse-Prezident vəzifəsinə ən layiqli şəxs Böyük Ohayo Ştatını təmsil edən Senator J.D. Vansdır," Tramp yazıb.

Bu qərar illərlə Trampı tənqid etdikdən sonar sabiq prezidentin platformasını dəstəkləyən Vansın mövqeyini ümummilli miqyasda qaldırır.

Sahibkar və “Hillbilly Elegy” bestsellerin müəllifi olan Vans 2022-ci ildə ABŞ Senatına seçilmişdi. O, buna Trampın ona digər Respublikaçı namizədlər arasında praymerizdə dəstək verməsindən sonra nail olmuşdu.

Senatda olduğu müddətdə Vans Trampın qatı tərəfdarı qismində sabiq preidentin maraqlrına cavab verən qyadada səs verib.

O, Trampın tənqidlərinə uyğun olaraq Ukraynaya hərbi yardımın əleyhinə çıxıb.

39 yaşlı Vans Trampın ticarət, xarici isyasət və mühaciət sahəsindəki fikilərini paylaşır.

Lakin milli siyasi arenada təcrübəsi məhdud olan Ohayo senatoru Trampın kampaniyasına fövqəladə anlarda qoşulur.

Trampa qarşı ötən şənbə günü sui-qəsd cəhdinin ardınca qızğın siyasi ritorika və prezidentin yerini hər an tutmağa hazır olan vitse-prezident vəzifəsi debat mövzusuna çevrilib.

Vans həftəsonu baş vermis silahlı hücuma görə X platformasında Prezident Co Baydeni qınamağa işarə edən bəyanatla çıxış etdikdən sonra tənqidlərə məruz qalıb.

“Bayden kampaniyasının mərkəzi leytmotivi budur ki, Prezident Donald Tramp avtoritar faşistdir və nəyin bahasına olursa olsun, dayandırılmalıdır.” J.D. Vans yazıb. “Bu ritorika birbaşa Prezident Trampa qarşı sui-qəsd cəhdinə gətirib çıxardı.”

ABŞ hüquq-mühafizə orqanları silahlı hücumun motivlərini hələlik müəyyənləşdirməyiblər. Bütün hallarda, bu seçimin Trampa loyal elektorat bazanı sevindirəcəyi və ona enerji verəcəyi güman edilir.

Mühafizəkar media kanallarında tez-tez çıxış edən və Kapitolidə müxbirlərlə mübahisələrdən çəkinməyən J.D. Vans gələcəkdə estafeti Trampdan alacağı barədə gözləntilərə yol açıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG