Siyasi fəal İsmayıl Əhmədi bazar günü cəza müddəti başa çatdıqdan sonra Əhər həbsxanasından azad edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, İsmayıl Əhmədi üç aylıq həbs müddəti iyulun 14-də başa çatıb.
İlkin məhkəmə "İslamın müqəddəslərini təhqir etmək", "əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək", "İslam Respublikası sisteminin müxalifləri ilə əlaqə saxlamaq", "yalan məlumat yaymaq" və "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamlarından onu 9 ay həbs və 70 şallaq zərbəsi cəzasına məhkum etmişdi.
Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi ilkin cəzanı üç ay bir günə endirmişdi.
İsmayıl Əhmədi keçən ay 300 milyon tümən girov müqabilində 10 günlük məzuniyyətə çıxmışdı.
Əhmədi həbs cəzasını çəkmək üçün bu il aprelin 20-də Əhər həbsxanasına köçürülmüşdü.
Siyasi fəalın Süngün mis mədənində çalışan işçilərin keçirdiyi etiraz aksiyaları ilə əlaqədar məlumat yaydığı üçün təzyiqlərə məruz qaldığı bildirlir. Onun bundan əvvəl də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakimə edildiyi qeyd olunub.
Forum