Accessibility links

Prezident Bayden: Zorakılığın normallaşmasına yol vermək olmaz


Prezident Bayden Ağ Evdən xalqa müraciət edir. Vaşinqton, ABŞ. 14 iyul, 2024.
Prezident Bayden Ağ Evdən xalqa müraciət edir. Vaşinqton, ABŞ. 14 iyul, 2024.

Prezident Co Bayden bazar günü axşam xalqa müraciətində Resppublikaçlıarın ehtimal olunan prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdinə rekasiyasında amerikalıları birliyə çağırıb və siyasətdə zorakılığa yer olmadığını bəyan edib.

“Amerikada hər kəslə ləyaqət və hörmətlə davranılmalı, nifrətə yer olmamalıdır.”, deyə Bayden Birləşmiş Ştatların “xüsusi” olduğunu vurğulayıb.

O, amerikalıları dezinformasiyaya uymamağa, xarici qüvvələrin ölkədə bölücülük aparmasına imkan verməməyə çağıraraq fikir müxtəlifliklərini debat və səsvermə yolu ilə həll etməyin vacibliyini vurğulayıb.

"Amerikada bu cür zorakılığa yer yoxdur. Hər hansı bir zorakılığa. İstisnasız. Biz bu zorakılığın normallaşmasına yol verə bilmərik".

Daha sonra ABŞ prezidenti 2021-ci il yanvarın 6-da Kapitolidə baş vermiş hücuma və Nensi Pelosinin ərinin döyülməsinə istinad edib.

“Fikir ayrılıqları labüddür və Amerika demokratiyası insan təbiətəinin tərkib hissəsidir," Bayden deyib. "Lakin siyasət heç vaxt əsl döyüş meydanı olmamalıdır, yaxud da ölüm meydanı."

Bayden həmçinin öz nitqində qurucu babaların demokratiya haqda dünyagörünüşünə toxunub.

"Bizi Qurucularımız ehtirasların gücün başa düşürdü. Ona görə də onlar demokratiya qurdular ki, zəka və balans qəddar qüvvə üzərində zəfər çalsın," prezident deyib. "Biz həmin Amerika olmalıyıq - arqumentlərin xoş məramla irəli sürüldüyü Amerika, qanun aliliyinin hörmət olunduğu Amerika."

İyulun 13-də Pennsilvaniyanın Batler şəhərində Respublikaçıların ehtimal olunan prezidentliyə namizədi Donald Trampın təşviqat mitinqində baş verən silahlı hücum zamanı Tramp qulağından yaralanmış, azı bir mitinq iştirakçısı həlak olmuşdur. Digər iki nəfərin vəziyyəti isə ağır qalır.

Federal Təhqiqatlar Bürosu (FBI) 20 yaşlı Tomas Metyu Kruksu şənbə günü sabiq prezident Donald Trampa sui-qəsd cəhdində iştirakı olan adam kimi müəyyən edib.

Hüquq-mühafizə agentliyi qısa açıqlamada Kruksun Pennsilvaniya ştatının Bethel Park şəhərindən olduğunu bildirib. Bu şəhər Trampa atəş açıldığı Batler şəhərindən maşınla təqribən bir saatlıq məsafədə yerləşir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG