Accessibility links

Prezident Bayden: Bu cür zorakılığa Amerikada yer yoxdur


Prezident Bayden Ağ Evdən Donald Trampa sui-qəsd cəhdi ilə bağlı ikinci dəfə açıqlama verir. Vaşinqton, ABŞ. 14 iyul, 2024.
Prezident Bayden Ağ Evdən Donald Trampa sui-qəsd cəhdi ilə bağlı ikinci dəfə açıqlama verir. Vaşinqton, ABŞ. 14 iyul, 2024.

Prezident Co Bayden Respublikaçıların prezidentliyə ehtimal olunan namizədi Donald Trampa sui-qəsd cəhdini Ağ Evdən verdiyi bəyanatda pisləyib və bu cür zorakılığa ölkədə yer olmadığını bildirib.

"Bu cür zorakılığa - ümumiyyətlə istənilən cür zorakılığa - Amerikada yer yoxdur. Sui-qəsd cəhdi bizim millət olaraq dəyərlərimizə ziddir," Bayden deyib.

"Biz belə millət deyilik. Bu, Amerika deyil. Və biz bunun baş verməsinə icazə verə bilmərik. Birlik hər şeydən çətin əldə olunan hədəfdir, ancaq indi bunun qədər vacib heç nə yoxdur: Birlik!" ABŞ prezidenti əlavə edib.

Bayden sabiq prezident Donald Trampla telefonda qısaca söhbət etdiyi təsdiqləyib.

"Mən səmimən şükranam ki, o, yaxşıdır və sağalır," Bayden deyib.

Prezident əlavə edib ki, onun Trampla söhbəti "qısa, amma yaxşı" keçib.

O, şənbə günü baş verən hadisənin hərtəfərli araşdırılması üçün səlahiyyətlilərə göstəriş verdiyini bildirib.

"Mən dünənki nümayişdə konkret olaraq nə baş verdiyini müəyyən etmək üçün milli təhlükəsizliyin nəzərdən keçirilməsinə göstəriş vermişəm."

İyulun 13-də Pennsilvaniyanın Batler şəhərində Respublikaçıların ehtimal olunan prezidentliyə namizədi Donald Trampın təşviqat mitinqində baş verən silahlı hücum zamanı Tramp qulağından yaralanmış, azı bir mitinq iştirakçısı həlak olmuşdur. Digər iki nəfərin vəziyyəti isə ağır qalır.

Federa Təhqiqatlar Bürosu (FBI) 20 yaşlı Tomas Metyu Kruksu şənbə günü sabiq prezident Donald Trampa sui-qəsd cəhdində iştirakı olan adam kimi müəyyən edib.

Hüquq-mühafizə agentliyi qısa açıqlamada Kruksun Pennsilvaniya ştatının Bethel Park şəhərindən olduğunu bildirib. Bu şəhər Trampa atəş açıldığı Batler şəhərindən maşınla təqribən bir saatlıq məsafədə yerləşir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG