Həyatına sui-qəsdin ardınca sabiq ABŞ prezidenti Donald Tramp ölkənin güclü dayanmasının “həmişəkindən daha vacib” olduğunu bəyan edib.
“Hamıya dünənki düşüncələrinizə və dualarınza görə təşəkkür edirəm, çünki ağlasığmaz şeyin baş verməsinin qarşısını alan yalnız Tanrı idi,” o, Truth Social media platformasında yazıb. “Biz QORXMAYCAĞIQ, ancaq əvəzində öz İnancımızla və Qətiyyətimizlə Şərə qarşı dayanacağıq.”
Trampın bu həftə rəsmi olaraq Respublikaçıarın 5 noyabr seçkiləri üçün prezidentliyə namizədlyini qəbul edəcəyi gözlənilir.
Sabiq prezident deyib ki, o, cümə axşamı Respublikaçılar Partiyasının Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək qurultayında verəcəyi nitqə ümidlə baxır.
Federal Təhqiqatlar Bürosu (FBI) şənbə günü Trampa Pennsivlaniya ştatının Batler şəhərində təşviqat mitinqi zamanı atəş açan şəxsin kimliyinin müəyyən edildiyini, lakin motivin hələ də tam aydın olmadığını bildirib.
Bu, son 40 ildə ABŞ-da baş vermiş ən yüksək profilli siyasi zorakılıq aktı sayılır.
Hüquq-mühafizə agentliyi 20 yaşlı Tomas Metyu Kruksu şənbə günü sabiq prezident Donald Trampa sui-qəsd cəhdində iştirakı olan adam kimi müəyyən edib.
Qısa açıqlamada Kruksun Pennsilvaniya ştatının Bethel Park şəhərindən olduğu bildirlir. Bu şəhər Tramp qulağından güllə ilə vurulduğu Batler şəhərindən maşınla təqribən bir saatlıq məsafədə yerləşir.
Forum