Donald Trampın sui-qəsd cəhdindən bir neçə gün sonra Respublikaçılar tərəfindən son zamanlar ən çox izlənilən siyasi qurultaylardan birində ABŞ prezidentliyinə rəsmi olaraq namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Respublikaçılar partiyası və Trampın seçki kampaniyasının rəsmiləri Trampın Pensilvaniya ştatında açıq havada kampaniya mitinqində çıxışı zamanı silahlı hücuma məruz qalmasından iki gün sonra Respublikaçıların milli qurultayının planlaşdırıldığı kimi bazar ertəsi açılacağını təsdiqləyiblər.
Minlərlə siyasi nümayəndə və etirazçı polisin mövcudluğunun gücləndirələcəyi gözlənilən dörd günlük qurultay üçün Viskonsin ştatının Milvoki şəhərində bir araya gələcək.
Amerikanın Səsi şəhərin mərkəzində qurulmuş təhlükəsizlik baryerləri arasında sakinlər və qurultay iştirakçıları ilə söhbət edib. Onlardan bəziləri iğtişaşların davam edə biləcəyindən narahat olduqlarını bildiriblər.
Federal Təhqiqatlar Bürosunun rəsmiləri atəş açan şübhəlinin Pensilvaniya ştatında atışmanın baş verdiyi Butler şəhərindən təxminən bir saatlıq məsafədə yaşayan 20 yaşlı Metyu Kruks olduğunu müəyyən edib.
Rəsmilər hələlik hadisənin heç bir motivinin müəyyən edilmədiyin və istintaqın aylar çəkə biləcəyini bildiriblər.
Trampın prezidentlik uğrunda yarışda rəqibi olan prezident Co Bayden silahlı hücumu pisləyib və ABŞ-da siyasi zorakılığa yer olmadığını deyib.
Hadisədən hələ əvvəl də xüsusilə də Trampın 2020-ci ildə seçkidə Baydenə məğlub olmasından sonra ABŞ Kapitoli binasına hücum edən etirazçıları dəstəkləməsindən sonra seçki ilə bağlı iğtişaşlara dair narahatlıqlar artmışdı.
Tramp və onun bir çox tərəfdarları geniş yayılmış seçici saxtakarlığına dair heç bir sübut təqdim edilməməsinə baxmayaraq, uzun müddətdir ki, 2020-ci il seçkilərinin nəticələrindən şikayət edir.
Eyni zamanda, bir çox respublikaçı Trampın vəzifədən getdikdən sonra ABŞ Ədliyyə Departamenti tərəfindən irəli sürülən ittihamlar da daxil olmaqla, onun görünməmiş cinayət ittihamları dalğası ilə üzləşməsindən narazıdır.
Reuters/Ipsos-un may ayında açıqladığı sorğunun nəticələrinə görə, amerikalıların üçdə ikisi ekstremistlərin noyabr seçkilərinin nəticələrindən narazı olduqları halda zorakılıq hərəkətləri törədə bilməsinin mümkünlüyündən narahat olduqlarını bildiriblər.
Milvokidə bəziləri xüsusil də Viskonsin ştatının qanununa görə rəsmilərə qurultayın keçirildiyi genişlənmiş təhlükəsizlik zonasında odlu silahların qadağan edilməsini qadağan etdiyi üçün Respublikaçıların qurultayı zamanı xüsusilə narahat olduqlarını bildirirlər.
Bu ilin əvvəlində Milvokidə bəzi yerli siyasətçilər bu ərazidə silahların qadağan edilməsi haqqında qanunu qəbul etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər. Gizli Xidmət ictimaiyyət nümayəndələrinin şəxsiyyət vəsiqələrinin tələb olunduğu “perimetrdə” hər hansı bir silah gəzdirməsinə icazə verməyəcəyini bildirib.
Forum