Accessibility links

FBI Trampa atəş açmaqda şübhəli bilinən şəxsiyyətin kimliyini müəyyən edib


Xüsusi Xidmətin əməkdaşları üzü qana bulaşmış Trampı təşvqiat mitinqində atəş açıqldıqdan sonra səhnədən çıxarır. Batler, Pennsilvaniya. 13 iyul, 2024.
Xüsusi Xidmətin əməkdaşları üzü qana bulaşmış Trampı təşvqiat mitinqində atəş açıqldıqdan sonra səhnədən çıxarır. Batler, Pennsilvaniya. 13 iyul, 2024.

Federa Təhqiqatlar Bürosu (FBI) 20 yaşlı Tomas Metyu Kruksu şənbə günü sabiq prezident Donald Trampa sui-qəsd cəhdində iştirakı olan adam kimi müəyyən edib.

Hüquq-mühafizə agentliyi qısa açıqlamada Kruksun Pennsilvaniya ştatının Bethel Park şəhərindən olduğunu bildirib. Bu şəhər Tramp qulağından güllə ilə vurulduğu Batler şəhərindən maşınla təqribən bir saatlıq məsafədə yerləşir.

Açıqlamada Tomas Metyu Kruks haqda əlavə məlumatlar verilmir. Şahidlər onun təhlükəsizlik xidmətonin əməkdaşları tərəfindən öldürülməsindən öncə təşviqat mitinqinin keçirildiyi yerə yaxın ərazidə dam üstündən Trampa atəş açdığını deyir.

FBI insidentlə bağlı aktiv və hazırda davam edən təhqiqat aparıldığını bildirib, və məsələ ilə bağlı məlumatı olan adamları rəsmilərə dərhal müraciət etməyə çağırıb.

Pennsivlaniyanın Batler şəhərində Respublikaçıların ehtimal olunan prezidentliyə namizədi Donald Trampın təşviqat mitinqində baş verən silahlı hücum zamanı azı bir mitinq iştirakçısı həlak olub, digər iki nəfərin vəziyyəti isə ağır qalır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG