Accessibility links

Azərbaycan və ATƏT əməkdaşlığın perspektivlərini müzakirə edib


İlham Əliyev və Helqa Mariya Şmid
İlham Əliyev və Helqa Mariya Şmid

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə görüşüb.

ATƏT baş katibi həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə də görüşlər keçirib.

Görüşlərdə ATƏT-lə əlaqələr, COP29, kiçik ada dövlətlərinə kömək, regional təhlükəsizlik və mina təhlükəsi məsələləri diqqət mərkəzində olub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, görüşdə COP29 çərçivəsində Azərbaycan və ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Dövlət başçısı ölkəsinin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən də danışıb.

Prezident Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

Görüşdə regional bağlantılar məsələsi də müzakirə olunub.

Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Mariya Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirib.

O regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını deyib və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub. Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğulayıb.

Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyini qeyd edib.

Helqa Mariya Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxunub.

Prezident İlham Əliyev hərbi təcavüz nəticəsində ölkəsinin ərazilərinin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğulayıb.

Azərbaycan-ATƏT münasibətləri

1992-ci ilin fevral ayından başlayarar Ermənistan-Azərbaycan münaqişəsi üzv dövlətlərin daha çox diqqət obyektinə çevrilib. Bu məqsədlə 1992-ci il fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda olub.

Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparılıb. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapıb.

1992-ci ilin martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının birinci əlavə görüşündə münaqişənin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8–10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak edib, onun sənədlərini imzalayıb.

20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulub.

5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısında Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunub. Budapeşt sammitinin yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamə qəbul edilib.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunub.

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık icra edir.

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir.

18-19 noyabr 1999-cu ildə İstanbulda keçirlən ATƏT-in üzv ölkələrinin dövlət və hökumət başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub. Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və digər qurumları arasında əməkdaşlıq münasibətləri əldə olunub. DTİHB Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərini monitorinq edir.

Bakıda ATƏT-in Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurasının qərarı qəbul olunub və 18 iyul 2000-ci ildə ATƏT-in Bakıda Ofisi açılıb.

Azərbaycan hazırda ATƏT-in Minck qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədrlik institutunun ləğv edilməsi töəşəbbüsü ilə çıxış edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG