Urmiyədə yaşayan türk fəal Salar Tahir Əfşar dünən Təbriz Mərkəzi Həbsxanasından elektron qandal qoyulmaq şərti ilə buraxılıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Salar Tahir Əfşar dünən, iyulun 11-də Təbriz Mərkəzi Həbsxanasından 100 milyon tümənlik girov müqabilində azadlığa buraxılıb.
Tahir Əfşar dünən axşam saatlarında Urmiyənin 11 saylı polis bölməsinə göndərilib. Bu polis bölməsində bir gecə saxlandıqdan sonra ona elektron qandal qoyularaq buraxılıb.
Siyasi fəalın telefondan istifadə etməsi və yaxınları ilə əlaqə saxlaması qadağan edildiyi üçün aclıq aksiyasını dayandırması ilə bağlı xəbərini həbsxanadan kənara verə bilməyib.
Həmçinin dünən repçi Milad Cəlili (Elşən) Təbriz həbsxanasından elektron qandal taxılaraq, 100 milyon tümən zəmanətlə azad edilib.
Salar Tahir Əfşar keçən iyunun 5-də "rejimə qarşı təbliğat fəaliyyətinə köməklik etmək" ittihamından məhkum olduğu 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.
Son illər bu azərbaycanlı fəal dinc fəaliyyətinə görə dəfələrlə İranın müxtəlif təhlükəsizlik qurumları tərəfindən həbs edilib və dindirilib. Bu, onun 2023-cü il dekabrın 19-da saxlanılması ilə əlaqədar aldığı həbs cəzası idi. O, fevral ayında çoxlu sayda milli fəalla birlikdə həbs edilib və bir müddət Evin həbsxanasının 209 saylı təcridxanasında dindirilib. Bu iş üzrə məhkəmə prosesi hələ başa çatmayıb.
O, Evin həbsxanasında təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilərkən Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilmişdi.
Forum