Accessibility links

Blinken Almaniyanın xarici işlər naziri ilə Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib


ABŞ dövlət katibi Antoni Blinken Annalena Berbok (Foto: Blinkenin X platforması)
ABŞ dövlət katibi Antoni Blinken Annalena Berbok (Foto: Blinkenin X platforması)

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken "X" platformasında paylaşıb.

ABŞ Dövlət Katibi həmçinin Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən görüşdə həmçinin Ukraynaya dəstək məsələsi, Qəzzada atəşkəsin əldə olunması üçün səylər, Yaxın Şərqdə eskalasiyasının qarşısının alınması və İran məsələsi müzakirə edilib.

ABŞ dövlət katibi Antoni Blinken NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində iyulun 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin görüşə bağlı verdiyi açıqlamada dövlət katibi Blinkenin uzunmüddətli və layiqli sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə etdiyi və sazişin tezliklə yekunlaşdırılması üçün əlavə addımların atılmasına təşviq etdiyi bildirilir. Açıqlamada deyilir ki, ABŞ dövlət katibi sülhün bütün Cənubi Qafqaz regionuna fayda verəcək regional əlaqələrin inkişafında vacibliyini vurğulayıb.

Forum

XS
SM
MD
LG