Accessibility links

Azərbaycan BRİCS-ə üzv olmaq istəyir


 BRİCS ölkələri (Mənbə: Sosial şəbəkə)
BRİCS ölkələri (Mənbə: Sosial şəbəkə)

Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir.

TASS agentliyinin məlumatına görə, bu barədə VI çağırış Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova BRİCS ölkələrinin iyulun 10-da X Parlament Forumunun Sankt Peterburqda keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİCS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”, Qafarova bildirib.

Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.

BRICS - beş ölkədən ibarət olan bir qrupdur. Bu qrupa Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.

BRICS üzvləri özlərini ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələndirir. Belə ki, Braziliya - kənd təsərrüfatı məhsuluyla zəngindir, Rusiya - dünyada ən böyük mineral resurslarının eksportçusudur, Hindistan - ucuz intellektual resurslara, Çin - ucuz əmək resurslarına, Cənubi Afrika Respublikası - təbii resurslara sahibdir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG