Accessibility links

Metyu Miller: ABŞ Azərbaycan və Ermənistan arasında diplomatik nizamlanma üzərində işləməyə davam edir


Metyu Miller.
Metyu Miller.

ABŞ Azərbaycan və Ermənistan arasında diplomatik nizamlanma üzərində işləməyə davam edir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 9-da ənənəvi brifinq zamanı Turan agentliyinin sualının cavabında deyib.

NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün mümkünlüyünə gəlincə, Metyu Miller heç bir söz deməyib.

Dövlət Departamentinin məlumatına görə, iyulun 10-da Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş olacaq.

Bundan öncə, iyun ayında ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn Yerevanda və Bakıda səfərdə olub.

Ceyms O’Brayn iyunun 28-də Bakıda keçirdiyi brifinqdə deyib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür.

Forum

XS
SM
MD
LG