Accessibility links

Samir Kazımlı: COP keçirilən ölkədə siyasi məhbusun olması ayıb bir işdir


Samir Kazımlı, hüquq müdafiəçisi
Samir Kazımlı, hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi məhbus problemindən danışıb.

Amerikanın Səsi: Hüquq müdafiəçiləri son illərdə siyasi məhbus kimi tanıdıqları şəxslərin sayının ilk dəfə üç yüzü keçdiyini bildirir. Hökumət isə insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Siz necə düşünürsünüz?

Samir Kazımlı: Mən siyasi məhbus siyahısının hazırlanmasında iştirak etmiş bir şəxs kimi deyirəm ki, siyasi məhbusların sayı siyahıda əks olunan saydan daha çoxdur. Nəyə görə? Çünki vətəndaş cəmiyyətinin faəliyyəti məhdudlaşdırıldığına görə, vətəndaş cəmiyyəti çox araşdırma aparıb onları aşkarlaya bilmir. Bundan başqa bölgədə xeyli sayda insan var ki, sosial mediada öz fikirlərini ifdə etdiyi üçün həbsə atılır. Amma vətəndaş cəmiyyətinin bundan xəbəri olmur. Ona görə də siyasi məhbusların sayı hər zaman siyahılardan çox olur. O ki qaldı hakimiyyətin dediyinə görə ki, siyasi məhbus yoxdur, özünüz də bilrisiniz ki, Avropa İnsan Hüquqları Məhkəməsi 18-ci maddəyə (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) istinadən qərarlar çıxarıb. Azərbaycan Ali Məhkəməsi həmin qərarları tanıyıb, bəraət verib. Bunun özü həmin insanların siyasi motivli həbslərini təsdiqləyir. Ona görə də, Azərbaycan hakimiyyətinin nümayəndələrinin dedikləri həqiqəti əks etdirmir.

Samir Kazımlı: COP keçirilən ölkədə siyasi məhbusun olması ayıb bir işdir
please wait

No media source currently available

0:00 0:04:54 0:00

Amerikanın Səsi: Bu il parlament və bələdiyyə seçkiləri keçiriləcək. Sizcə seçkilər öncəsi ölkədə siyasi məhbus kimi tanınan insanların azadlığa buraxılması mümkündürmü?

Samir Kazımlı: Əvvəlki praktikalarda seçkiqabağı bir yumşalmalar baş verirdi. Seçkidən öncə siyasi məhbus kimi tanınmış adamlar azadlığa çıxırdı. Hətta praktikada olub ki, siyasi məhbus azadlığa çıxıb seçkilərdə iştirak da edib. Amma son nəticələrə baxanda, məsələn prezident seçkisini nümunə götürəndə, biz əksini görürük. Seçkidən əvvəl həbslər baş verdi. Yumşalma olmadı. Seçkidən sonra yenə də represiyya mühiti davam etdi. Ona görə də proqnoz etmək çətindir. Vəziyyət dəyişib. Mənə elə gəlir ki, hər şey ola bilər.

Amerikanın Səsi: Bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransı, COP29 keçiriləcək. Dünyada iqlim icmasının hərəkətverici qüvvəsi əsasən vətəndaş cəmiyyətləri və media sayılır. Bu mənada konfrans qabağı azı həbsdə olan vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin azadlığa çıxması üçün təşəbbüs ola bilərmi?

Yaxşı olardı ki, Azərbaycan hakimiyyəti COP qabağı siyasi məhbusları buraxardı.

Samir Kazımlı: Təbii ki, COP keçirilən ölkədə siyasi məhbusun olması ayıb bir işdir və Azərbaycan üçün çox mənfi haldır. Azərbaycana baş ucalığı gətirmir. Təşəbbüslər hər zaman olub. Yaxşı olardı ki, Azərbaycan hakimiyyəti COP qabağı siyasi məhbusları buraxardı. Çünki Azərbaycana çoxlu qonaqlar gələcək. Dövlət başçıları, diplomatlar və bunları işıqlandıran media da gələcək. Onlar biləndə ki, ölkədə bu qədər siyasi məhbus var bu yaxşı hal olmayacaq.

Amerikanın Səsi: ABŞ rəsmiləri Azərbaycan rəhbərləri ilə danışıqlarında haqsız həbs edilənlərin dərhal azad edilməsini istəyir. Sizcə Azərbaycan hökuməti ABŞ-ın bu çağırışlarını eşidəcəkmi?

Samir Kazımlı: Təbii ki, bu çağırışlar yaxşıdır. Xüsusən də cənab Blinkinin ardıcıl olaraq son zamanlar bir neçə çağırışları olub. Təəssüflər olsun ki, bu çağırışlarə Azərbaycan hakimiyyəti çox nəzərə almır. Yəqin ki, Azərbaycan hakimiyyəti Qərbdən gələn bu formal çağırışlardan çəkinmir. Amma Azərbaycan hakimiyyəti görəndə ki, bu ciddidir, arxasında bir mexanizmi dayanır, dərhal geri çəkinir. Hazırda Azərbaycan hakimiyyəti bu çağırışlara əhəmiyyət vermir. Təəssüf ki, bu qərbin yanaşma mexanizmi də köhnəlib. Yeni mexanizmlərə əl atmaq lazımdır. Çünki bu çağırışlar, bəyanatlar artıq illərdir davam edir və siyasi məhbus problemi həll olunmur. Azərbaycanda siyasi məhbus probleminin həll olunması üçün sistemli iş görülməlidir. Siyasi məhbus problemini yaradan mexanizmlər aradan qalxmalıdır.

Qeyd: Bu Samiq Kazımlının fikirləridir. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmir və qərəzli sayır. Ölkə rəhbərləri bir qayda olaraq insanların iradəsinə görə təqib edilmədiyini, hamının qanun qarşısında bərabər olduğunu bildirir. Bununla yanaşı, beynəlxalq azadlıq reytinqidində Azərbaycan qeyri-azad ölkələr sırasında qərarlaşıb. Media azadlğı indeksinə görə ölkə 2023-cü ildə 13 pillə geriləyərək 180 ölkə arasında 164-cü yeri bölüşür.

Forum

XS
SM
MD
LG