İran şənbə günü xəbərdarlıq edib ki, İran və onun regiondakı müttəfiqlərindən ibarət “bütün Müqavimət Cəbhələri” Livana hücum etdiyi halda İsrailə qarşılıq verəcək.
İranın Nyu Yorkdakı missiyasının bu şərhi İsrail və Livanın İran tərəfindən dəstəklənən Hizbullah hərəkatının daxil olduğu daha geniş regional müharibə ilə bağlı qorxuların artıdığı br vaxta təsadüf edib. Qəzzada müharibə başlayandan bəri iki tərəf arasında demək olar hər gün atışma olur.
Bu ay bu cür atışmalar, habelə hər iki tərəfin döyüşə hazır olduqlarına dair ritorikası artıb. İsrail ordusu Livana hücumla bağlı planın “razılaşdırılıb və təsdiq edildiyini” bildirib. Hizbullah isə cavab olaraq bildirib ki, tam-miyqaslı münaqişə olsa, İsrailin heç bir tərəfi əsirgənməyəcək.
İran misisyası X sosial media platformasında bildirib ki, o, “sionist rejimin Livana hücum etmək niyyəti ilə bağlı təbliğatını psixoloji müharibə kimi qiymətləndirir.”
Ancaq o əlavə edib ki, “o, tam-miqyaslı hərbi təcvüzə başlasa, məhvedici müharibə baş verəcək. Bütün variantlar, o cümlədən bütün Müqavimət Cəbhələrinin tam iştirakı mümkündür.”
Qəzzada müharibə oktyabr ayında HƏMAS-ın fələstinli militantların İsrailin cənubuna hücumdan sonra başlayıb. HƏMAS-I dəstəkləyən İran hücumu uğur kimi qiymətləndirsə də, əli olduğunu inkar edib.
Hizbullahın İsrailin şimalına hücumları ilə yanaşı, Yəməndə İranın dəstəklədiyi üsyançılar, fələstinlilərlə həmrəylik aktı adı altında Qırmızı dənizdə kommersiya gəmilərinə dəfələrlə hücumlar edib.
İran regionda başqa qrupları da dəstəkləyir.
İslam Repsublikası 19179-cu ildə İranın ABŞ tərəfindən dəstəklənən şahını devirən inqilabdan bəri İsraili tanımır.
Bundan öcnə aprel ayında, İranın Dəməşqdə konsulluğunun dağılması və İnqilb Keşikçiləri Korpusunun yeddi üzvü, o cümlədən iki generalın ölümü ilə nəticələnən hava zərbəsindən sonra da regional müharibə ilə bağlı narahatlıqlar artmışdı.
İran cavab olaraq aprelin 13 və 14-də İsrailə misli-görülməmiş dron və raket hücumları həyata keçirdi.
İran dövlət mediası daha sonra İsfahan vialyətində partlayışların olduğunu bildirdi, ABŞ mediası ilə Amerika rəsmilərinə istinad edərək, İsrailin əzəli düşməninə cavab hücumları etdiyini bildirdi.
Terhran isə İsrailin həyata keçirdiyi bildirilən hücuma əhəmiyyət vermədi.
Forum