Accessibility links

Qarşıdan gələn ABŞ prezident seçkiləri debatından öncə dörd il öncəki debata baxış


Qarşıdan gələn ABŞ prezident seçkiləri debatından öncə dörd il öncəki debata baxış
please wait

No media source currently available

0:00 0:02:41 0:00

İyunun 27-də 2024-cü il ABŞ prezident seçkilərinin ilk debate keçiriləcək. Lakin bu, namizədlərin ilk qarşılaşmaları deyil. Onlar daha öncə 2020-ci seçkilərində üz-üzə gəlmişdilər.

Bu iki şəxs sonuncu dəfə görüşəndə biri prezident idi, digəri isə uzunmüddətli siyasətçi. 90 dəqiqəlik debat xaos və sözkəsmələrlə dolu idi.

Seçicilərdən həmin debatı necə xatırladıqlarını soruşduq.

Haydi Harden, Bayden seçicisi: “Üstündən xeyli vaxt keçib.”

Ceremi Lorin, Tramp seçicisi: “Xatırlayıram ki, Tramp daha yaxşı debatçıdır.”

Adam Beyli, Bayden seçicisi: “Tramp uşaq hərəkətlərindən istifadə edirdi. Tez-tez onun sözünü kəsirdi, Baydenin isə bu xoşuna gəlmirdi.”

Eyni siyasi tamaşa cümə axşamı gözlənilir.

Amma yeni qaydalara görə, xaosun qarşısı alına bilər. Namizədlər danışmayanda mikrofonları söndürüləcək.

Çet Edelman, Bayden seçicisi: “Hə. İstəməzdim ki, buna ehtiyac olsun. Amma sonuncu debatı nəzərə alsaq, bu dügün protokoldur.”

2020-ci il debatının ən yaddaqalan məqamlarından biri o zamankı prezident Trampa ağ supremasistlərin qınanılması ilə bağlı verilən sual idi.

Donald Tramp, həmin an prezident: “Proud boys? Proud boys, geri çəkilin və hazır durun.”

Hər iki namizəddən həmin seçkilərinin nəticələrini qəbul edib-etməyəcəkləri soruşuldu.

Donald Tramp, həmin an prezident: “Əgər ədalətli seçki olacaqsa, mən 100 faiz qəbul edəcəm. Amma görsəm ki, onminlərlə bülleten saxtalaşdırılıb, buna razı ola bilmərəm.”

Co Bayden, həmin an prezidentliyə namizəd: “Nəticələri qəbul edəcəm. Sən də qəbul edəcəksən. Bilirsən nəyə görə? Çünki qalib elan edildikdən sonra, bülletenlər hesablanandan sonra hər şey bitəcək.”

Tramp seçkilərdə məğlub olanda dəstəkçiləri Kapitoli binasına hücum edərək, nəticələri dəyişməyə çalışdılar.

Təhlilçilər güman edir ki, debat artıq qərar vermiş insanların fikrini dəyişməyəcək.

Piter Loj, Corc Vaşinqton Universiteti: “Co Baydenin dəstəkçiləri onun nitq zamanı yola verəcəyi səhvlərinə fikir verməyəcəklər. Çünki Co Baydeni olduğu kimi qəbul edirlər. O demək olar ki, həmişə belə olub. Trampın dəstəkçiləri isə deyəcəklər ki, bu, Trampdır. O həmişə hazırlıqsız danışır. Onu sözlərini hərfi yox, ciddi qəbul edin.”

Qərar verməmiş seçicilər bu debatdan nə istədiklərini bilirlər.

Ben Koks, Qərar verməmiş seçici: “Bir az sevgi. Bizi bir araya gətirmək üçün.”

Prezidentliyə namizədlər arasında ikinci debat sentyabr ayına planlaşdırılıb. Amma bu, ilk debatın necə keçməsindən asılı ola bilər.

Forum

XS
SM
MD
LG