Dövlət katibi Antoni Blinken işgəncədən istifadəni qəti şəkildə pisləyib və bütün hökumətləri işgəncənin qarşısını almaq, günahkarları məsuliyyətə cəlb etmək və qurbanları dəstəkləmək üçün tədbirlər görməyə çağırıb.
İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Günündə Birləşmiş Ştatlar qeyd edib ki, beynəlxalq hüquqda işgəncənin mütləq qadağan edilməsinə baxmayaraq, “hökumətlər məhbuslara, hüquq müdafiəçilərinə, təcrid olunmuş qrup üzvlərinə qarşı işgəncə və digər qeyri-insani rəftarlardan repressiya aləti kimi istifadə etməkdə davam edir”.
Dövlət Departamentinin yaydığı bəyanatda Blinken "Birləşmiş Ştatlar işgəncəni harada və nə vaxt baş verməsindən asılı olmayaraq pisləyir. Biz bütün hökumətləri işgəncənin qarşısını almaq, günahkarları ədalətə çatdırmaq və qurbanları dəstəkləmək üçün tədbirlər görməyə çağırırıq” deyib.
Dövlət katibi vurğulayıb ki, Birləşmiş Ştatlar BMT-nin İşgəncə Qurbanları üçün Könüllü Fondu vasitəsilə qurbanların reabilitasiyası və ədalətin təmin edilməsi proqramlarını dəstəkləməkdə davam edir.
Bundan əlavə, Birləşmiş Ştatlar təhlükəsizlik işçilərinə insan hüquqları üzrə təlimlər vermək və ciddi hesabatlılığı təmin etmək üçün mexanizmləri təkmilləşdirməklə işgəncənin qarşısını almaq üçün səylər göstərir.
Forum