Accessibility links

Rusiya Avropanın 81 media orqanına girişi məhdudlaşdırdığını açıqlayıb


Rusiya iyunun 25-də Avropa İttifaqı ölkələrindən yayımlanan 81 mətbuat orqanına girişi məhdudlaşdırdığını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi bu addımı Aİ-nin may ayında Rusiyanın RİA Novosti, İzvestiya və Rossiyskaya qazeta nəşrlərinin İttifaq ərazisində yayım fəaliyyətinin dayandırılması ilə bağlı qərarına cavab olaraq atdığını qeyd edib.

“Rusiya tərəfi dəfələrlə və müxtəlif səviyyələrdə xəbərdarlıq edib ki, yerli jurnalistlərin siyasi motivli təqibləri və Aİ-də Rusiya mediasına əsassız qadağalar təsirsiz ötüşməyəcək”, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib və məhdudiyyətlərin tətbiq ediləcəyi 81 media orqanının siyahısını yayıb.

Moskva AFP, Der Spiegel, Politico da daxil olmaqla yayımı dayandırılan media orqanlarını “xüsusi hərbi əməliyyatın gedişi haqqında sistemli şəkildə yalan məlumatlar” yaymaqda ittiham edir.

Aİ Şurası mayın 17-də Avropanın Səsi, RİA Novosti, İzvestiya və Rossiyskaya qazeta nəşrlərinin yayımının dayandırılması barədə qərar qəbul edib.

Aİ bu media orqanlarının Rusiya rəhbərliyinin birbaşa və ya dolayı nəzarəti altında olduğunu, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin irəli sürülməsində və dəstəklənməsində, qonşu dövlətlərdə sabitliyin pozulmasında mühüm rol oynadığını qeyd edib.

“Rusiya mediasına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya tərəfi də sözügedən media operatorları ilə bağlı qərarına yenidən baxacaq”, Rusiya XİN-in bəyanatında vurğulanır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG